backend

ZÜLMÜN QUDURDUĞU YER - QAX və ya İcra başçısı Musa Şəkiliyev sərxoş halda necə gülünc vəziyyətə düşdü

ZÜLMÜN QUDURDUĞU YER - QAX və ya İcra başçısı Musa Şəkiliyev sərxoş halda necə gülünc vəziyyətə düşdü

Son zamanlar bir sıra məmurlar öz çirkin əməlləri ilə medianın gündəmindən düşmürlər. Həm çalışdıqları dövlət müəssisələrinin adına ləkə gətirirlər, həm də vətəndaşların hüquqlarını pozaraq onlara problem yaradırlar. Belə məmurlardan biri də Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevdir. Bu şəxsin Qax rayonunda törətdiyi qanunsuzluqları, özbaşınalıqları dəfələrlə qaynarxett.az vasitəsilə ictimaiyyətin diqqətinə çatdırılıb. Belə ki, Musa Şəkiliyevin Qax sakinlərinin başına açmadığı oyun qalmayıb. Bu şəxslə bağlı Qax rayon sakinləri tərəfindən bir neçə dəfə aidiyyəti orqanlara şikayətlər daxil olub. Lakin Musa Şəkiliyevin qanunsuz hərəkətlərinə dayan deyən olmayıb. Şəkiliyev sakinlərin işini çətinləşdirməklə məşğuldur. İstənilən sahəyə əl atan icra başçısı istər suyu maşınlarla gətirib pulla insanlara satmaqla, istərsə də bazarlarda ətin qiymətinə müdaxilə etməklə varidat yığmaqla məşğuldur. Bundan başqa, redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, Musa Şəkiliyev Qax sakinlərinə qənim kəsilib. Heç kəs icra başçısından icazəsiz heç nə edə bilməz. Heç rayonda quş da uça bilməz. O öz qohum əqrabasını rayonda rəhbər vəzifələrə təyin edir. Savadlı-savadsız bütün qohumlarını işlə təmin edir. Ali təhsili olmayan şəxsləri məktəb direktoru qoyur. Savadı olanlara isə qıraqdan durub baxmaq qalır.

Verilən məlumata görə, icra başçısı külli miqdarda haqq almadan heç kəsə hansısa işin görülməsinə icazə verməz. Belə ki, artıq rayonda fəaliyyət göstərən, əhalini işlə təmin edən sahibkarların fəaliyyətinə müdaxilələrin olması, onlara qarşı müxtəlif əsassız qadağaların tətbiq olunması artıq adi hala çevrilib. Bütün bunlardan narazı sakinlər başlarına iş açmamaq üçün susub oturublar. Hamısı bilir ki, harasa şikayət etsələr, başları çox ağrıyacaq. Çünki dəfələrlə öz hüquqlarını müdafiə etməyə çalışan insanlar icra başçısının adamları tərəfindən təhqir və təzyiqə məruz qalıblar. İcra başçısının qoçu dəstələri öz hüququnu tələb edən şəxsləri dərhal yerində oturtmağa nail olurlar. Müəyyən şantajlarla insanları susdurmağa çalışırlar. Bu hal isə artıq Qax rayonunun əhalisini boğaza yığıb. İnsanlar artıq hara və kimə müraciət edəcəklərini unudublar.

Bir qrup sakinin sözlərinə görə, sakinlər sosial problemlər məngənəsində çabalasa da, icra başçısı Musa Şəkiliyev heç nə olmamış kimi öz işində-gücündədir. Sakinlər iddia edirlər ki, bələdiyyə sədrləri icra başçısına güvənərək, bildiyini edir və bu vəziyyət uzun müddətdir ki, davam edir. Bəzi bələdiyyələrin sədrləri icra başçısına arxalanır və hər dəfəsində onunla yaxınlığından istifadə edərək, kəndlərin sakinlərinə təsir və təzyiqlər edir.

Ümumiyyətlə, bu gün təkcə bir kənddə deyil, Qaxın əksər kəndlərində eyni vəziyyət hökm sürür. Hamı icra başçısından və onun adamlarından narazıdır. Etibarlı mənbənin verdiyi məlumata görə icra başçısı rayona ayrılmış vəsaitləri bəzi qismini heç də təyinatı üzrə xərcləməyib. Üstəlik, onun yerli sahibkarları incidərək, onlardan aldığı pullarla bir sıra tikinti işlərini həyata keçirdiyi də üzə çıxıb.



Prezidentin Ehtiyat Fondundan Qax rayonuna ayrılan vəsait necə xərclənir?

Şikayətçi yazır ki, Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev rayonun abadlıq, quruculuq işlərinə və rayon büdcəsində nəzərdə tutulan digər vəsaitlərin xərclənməsinə bildiyi kimi rəvac verir və bu vəsaitlərin rayonun mövcud problemlərində yeri görünmür. Məktuba əlavə olunmuş foto şəkillərdən də görünür ki, rayonun bir çox kəndlərində yollar pis vəziyyətdədir, yalnız Oğuz-Qax kəsə yolu istisna olmaqla. Amma Qaxın rayon mərkəzində yağışlı günlərdən sonra içməli su mənbələrinin çirklənməsi problemi uzun illərdir ki, qaydaya salınmır. Su kranlarından bəzən palçıq-lil axır. Şəhər daxilindəki təmirsiz küçələr isə baxımsızlıqdan pis vəziyyətdədir, yalnız bir neçə əsas küçələr istisna olmaqla. Bütün bunların isə günahının Qaxın İcra başçısı Musa Şəkiliyevdə olması qeyd edilir.
Kiçik bir araşdırma apardıq: məlum olur ki, təkcə 2014-cü ildə Prezidentin Ehtiyat Fondundan Qax rayonuna 5 milyon manat pul ayrılıb. Bu vəsaiti birdəfəlik yardım kimi də qəbul etmək lazımdır. Məsələn, bu vəsait il ərzində 2 dəfəyə verilib. Biri 2014-cü ilin 22 fevral tarixində, 3 milyon manat olmaqla, ikinci dəfə isə 21 avqust 2014-cü ildə ayrılıb. Əgər nəzərə alsaq ki, Qax rayonunun yerli büdcəsinin də vəsaitləri bu təyinatların bir hissəsidir, deməli, rayonun sosial-iqtisadi inkişafında müsbət irəliləyiş olmalıdır və şikayətlər üçün əsas axtarılmamalıdır. Amma real vəziyyət isə tamamilə başqadır.
Bəs vəziyyət niyə belədir? Yəni ayrılan büdcə vəsaitləri hara qeyb olur ki, vətəndaşlar bunu gündəlik həyatında hiss edə bilmir?


ZÜLMÜN QUDURDUĞU YER - QAX və ya İcra başçısı Musa Şəkiliyev sərxoş halda necə gülünc vəziyyətə düşdü

Musa Şəkiliyev Əhməd Əhmədzadənin kadrıdır?

Məktubdan da məlum olur ki, 12 aprel 2010-cu il tarixdə Musa Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib: “...Elə həmin gündən rayon camaatının, sahibkarların, fermerlərin, bir sözlə, qaxlıların qara günləri başlayıb. Hazırda Qaxda vəziyyət, əhalinin durumu heç də ürəkaçan deyil. İcra başçısı vəzifəsinə təyin olunduğu gündən Musa Şəkiliyev rayon camaatı ilə normal münasibət qura bilməyib. 4 ildən çoxdur ki, Musa Şəkiliyev Qax rayonuna rəhbərlik edir. Bu müddət ərzində onunla, həmçinin tabeçiliyində çalışan bəzi şəxslərlə rayon camaatı arasında bir neçə dəfə ciddi narazılıqlar yaşanıb. Və hər dəfə də icra başçısı dərhal Bakıya üz tutub, problem həlledilməz qalıb. Artıq çoxlarına bəllidir ki, Musa Şəkiliyev yaranmış problemləri həll etmək üçün “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə ilə görüşür, ondan müəyyən məsləhətlər alır. Kim də bilməsə, Qax camaatı bilir ki, Musa Şəkiliyev Əhməd Əhmədzadənin yaxın qohumudur və onun bu vəzifəyə təyin olunmasında ASC sədrinin müstəsna rolu olub.
Hazırda Qax Rayon Mərkəzi Xəstəxanasında da bir sıra xoşagəlməz hallar yaşanmaqdadır. Belə ki, Əhməd Əhmədzadənin qardaşı oğlu Tərlan Əhmədzadə Rayon Mərkəzi Xəstəxanasının baş həkimidir. Hazırda Qax rayonunda 1 mərkəzi, 1 uşaq xəstəxanası, 2 kənd xəstəxanası, 10 həkim və 26 tibb məntəqəsi fəaliyyət göstərir və rayon səhiyyə sistemində 120-yə qədər həkim, 400-dən çox tibb işçisi var. Xəstəxanada yol verilən özbaşınalıqlar barədə dəfələrlə aidiyyəti qurumlara- Qax Rayon İcra Hakimiyyətinə və Səhiyyə Nazirliyinə şikayətlər ünvanlansa da, tədbir görülməyib. Xəstəxanada əməlli-başlı bazar prinsipi hökm sürür. Xəstəxananın dövlət himayəsi altında olmasına baxmayaraq, burada xəstələrə olan tibbi xidmət açıq şəkildə pulludur. Səhiyyə Nazirliyi tərəfindən xəstəxanaya verilən dərmanlar da vətəndaşlara satılır (Aşağıda təkcə ötən il Qax rayon səhiyyəsi üçün dövlət vəsaiti hesabına nə qədər tibbi ləvazimat və dava-dərman alındığını təqdim ediləcək - RED.). Qax Rayon Mərkəzi Xəstəxanasında nadir hallarda ola bilər ki, xəstəni təmənnasız müayinə etsinlər. Əhməd Əhmədzadənin qardaşı, uzun illər Qax Rayon Mərkəzi Xəstəxanasının baş həkimi işləmiş Fərman Əhmədzadə dünyasını dəyişdikdən sonra onun yerinə oğlu Tərlan Əhmədzadə keçib. Varislik prinsipilə Qax səhiyyəsini özünün ata malı hesab edir. Bu səbəbdən də Tərlan Əhmədzadə rayon səhiyyəsində öz prinsiplərini, şəxsi maraqlarını tətbiq edir və buna görə də heç kimdən çəkinmir. Hər halda, baş həkimin əmisi “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadədir. Bu o Əhmədzadədir ki, hər il dövlətin milyonlarla manat vəsaitini meliorasiya idarələrində “yuyur” və yuxarı dairlərdə bir çox yerlərdə sözünü keçirə bilir. Tərlan Əhmədzadə həm də icra başçısı Musa Şəkiliyevlə qohumluq əlaqələrinə malikdir. Tərlan Əhmədzadənin əsas qazancı 36 tibb məntəqəsinin binalarının cari təmirinə ayrılan vəsaitlərdən gəlir. Həmin təmir işlərinin hansı MMC-lərə həvalə olunduğunu araşdırsanız, dəhşətli faktlar üzə çıxacaq (Yenə də aşağıda rəsmi sənədlərlə bu MMC-lərin nəyə qadir olduğu təqdim ediləcək - RED.). “Təzadlar” ötən il həm Meliorasiya və Su Təsərrüfatı ASC-nin, həm də Qax rayonunda aparılan tender əməliyyatları ilə bağlı maraqlı araşdırma aparmış, yazı dərc olunmuşdu. Məlum olurdu ki, büdcə vəsaitləri Satınalmalar üzrə Dövlət Agentliyinə yalan məlumatlar verilməklə görüləcək işlər yeri-yurdu məlum olmayan MMC-lərə ayrılır. Bu isə o deməkdir ki, elə bir işlər görülmür və sadəcə, bu MMC-lər büdcə pullarını silmək üçün bir vasitətdir...”.

Qax səhiyyəsində sağalmaz “xəstəlik”

Şikayət məktubunda daha sonra yazılır: “...Qax Rayon Mərkəzi Xəstəxanasına tibb işçisi kimi işə qəbul olunmaq üçün pul verilməlidir. Xadimə və sanitar işçilər üçün də eyni bazarlıq var... Kəndlərdəki tibb və həkim məntəqələrinin adına yazılan dərman preparatları da baş həkim Tərlan Əhmədzadənin ətrafındakı şəxslər tərəfindən özəl apteklərdə satdırılır. Ona görə də xəstələr dərmanlarını T.Əhmədzadənin apteklərindən almalı olur. Doğrudanmı İcra başçısı Musa Şəkiliyevin bütün bunlardan xəbəri yoxdur? Rayondakı turizm mərkəzlərinin bir çoxu Əhməd Əhmədzadənin və Musa Şəkiliyevin nəzarətindədir. Rayonun ən səfalı guşələrində inşa edilmiş, dəyəri yüz minlərlə ölçülən evlər, restoran və istirahət mərkəzləri RİH başçısının inhisarındadır.

“Əhməd Əhmədzadə Kasparovun Şahmat Mərkəzi kimi tanınan obyekti “Azkontrakt”ın əlindən alıb böyük bir restoran və istirahət mərkəzinə çevirib”

...Əvvəllər meşə təsərrüfatında çalışmış başçı Qax meşələrinin ən yaxşı yerlərini zəbt etdirməkdə problem görmür. Qaxın mərkəzində vaxtilə Kasparovun şahmat və istirahət Mərkəzi kimi mövcud olmuş böyük bir obyekt indi RİH başçısının şərik olduğu bir istirahət mərkəzinə çevrilib. Bütün rayon danışır ki, bu obyekt də Əhməd Əhmədzadəyə məxsusdur. Əhməd Əhmədzadə Kasparovun Şahmat Mərkəzi kimi tanınan obyekti “Azkontrakt”ın əlindən alıb böyük bir restoran və istirahət mərkəzinə çevirib. Rayondakı ən əzəmətli villalardan biri icra hakimiyyətinin başçısı Musa Şəkiliyevə, digərləri onun müavinlərinə, rayon təhsil şöbəsinin müdiri Məmməd Xasıyevə, rayon gənclər və idman idarəsinin rəisi Əlövsət Bayramova məxsusdur. Hazırda zəngin turizm potensialına malik Qaxda bir mehmanxana, “Şəfa” istirahət və müalicə ponsionatı, “İlisu” ponsionatı, “Yaşıl park”, “Ulu”, “İmproteks”, “Ballı bulaq”, “Qafqaz”, “Eden” Park hotel, “Səngər qala” istirahət mərkəzi, “El Resort” beş ulduzlu otel, “Ulu dağ” turizm mərkəzləri fəaliyyət göstərir. Lakin onların böyük əksəriyyəti Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin və Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin nəzarətindədir. Əgər müvafiq orqanlar, əsasən də Maliyyə Nazirliyi, Hesablama Palatası və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi bu kimi məsələləri araşdırsa, o zaman hələ çox mətləblərə aydınlıq gətirmək olar. “Təzadlar”dan xahişimiz budur ki, Satınalmalar üzrə Dövlət Agentliyindən Qax rayonuna ayrılan pul vəsaitlərinin xərclənməsində iştirak etmiş MMC-lərin gördüyü işi araşdırsın. İndidən bilir ki, sənəddə görüləcəyi qeyd olunan işlərin heç biri həyata keçirilməmişdir. İmkan olarsa, rayona jurnalist göndərin, həmin işləri yerində araşdırsın. Əgər belə bir araşdırma barədə elanı dərc etsəniz, redaksiyaya əlavə ciddi faktlar göndərəcəyik. Bu sırada sənəddə görüldüyü qeyd olunan obyektləri bildirin, biz sizə orada hansı işlər aparıldığı barədə canlı faktlar təqdim edək.

Bəs ötən il Qax rayonun səhiyyəsinə ayrılmış pul vəsaitlərini hansı MMC-lər və necə “xərcləyib”?

Beləliklə, apardığımız araşdırmalar nəticəsində maraqlı mənzərə ortaya çıxdı... Xatırladırıq ki, mövcud qaydalara görə, büdcə vəsaitlərinin xərclənməsi “Tender haqqında” Qanunun tələblərinə uyğun olaraq Satınalmalar üzrə Dövlət Ağentliyindən keçməlidir. Tenderdə qalib gəlmiş MMC həmin vəsaitin icrasına cəlb olunur və s. Qəzet olaraq 2014-cü ildə Qax rayonuna ayrılmış pul vəsaitlərinin Satınalmalar üzrə Dövlət Ağentliyindən keçərək hansı MMC-lərin sərəncamına verilməsini araşdırdıq. Məlum olur ki, məsələn, ötən il Qax Rayon Mərkəzi Xəstəxanası əvvəlcə “İdarənin digər xərcləri üzrə satınalmalar” adı altında Məmmədov Mehdi Nizami oğlu adlı fiziki şəxsi bu işə cəlb edib və bir dəfə 12620 manat, ikinci dəfə isə “Dəftərxana mallarının satın alınması” maddəsi üzrə yenə də Məmmmədov Mehdi Nizami oğluna 34500 manat vəsaitin xərclənməsini “etibar edib”.
Sonradan Qax Mərkəzi Xəstəxanası “Bərk inventarların satın alınması” üçün “Kann-69” adlı MMC ilə müqavilə bağlayıb və 49974 manatlıq vəsaiti onun əli ilə xərcləyib... Lakin redaksiyaya daxil olmuş şikayət məktubundan bəlli olurdu ki, rayon Mərkəzi Xəstəxanasında həmin pula alınmış mebel dəstindən əsər-əlamət yoxdur.

Qax Mərkəzi Xəstəxanası büdcə pullarını necə xərcləyirmiş?

Diqqət yetirdikdə başqa bir maraqlı mənzərənin şahidi olduq. Məlum olur ki, Qax Mərkəzi Xəstəxanası dövlət yetərincə vəsait alıb və xərcləmə ünvanını da yaxşıca tapıblar. Məsələn, Qax Mərkəzi Xəstəxanasının tenderdən keçən əməliyyatlarına baxın:
-Digər maşın və avadanlıqların satın alınması, “MKM-777” MMC, 69 min 135 manat.
-Avadanlıqların satın alınması, “Tex.Maş.Az.Met” MMC, 46 min 250 manat.
-Yumşaq inventar, yataq ləvazimatı və xüsusi geyimlərin satın alınması, “Bezdna” MMC, 29 min 490 manat.
-Dərman preparatlarının satın alınması, “Epidbiomed” MMC, 175 min 519,75 manat.
-Ərzaq məhsullarının satın alınması, “Qaxbaş-14” MMC, 62 min 285,12 manat.
-Cari təmir işlərinin satın alınması, “Renat-R” MMC, 16 min 100,73 manat.
-Təmir işlərinin satın alınması, “Unikal-R” MMC, 9570,02 manat.
-Əsaslı təmir işlərinin satın alınması, “Unikal-R” MMC, 26 min 400,66 manat.
-Digər nəqliyyat xidmətlərinin satın alınması, fiziki şəxs F.Mirzəyev, 7 min 221 manat və s.

İcra Başçısının kənd icra nümayəndələri büdcə vəsaitini niyə kənddə ərzaq almağa xərcləyib?

Diqqəti çəkən bir maraqlı məsələ də var: Hesablama Palatasının bu məsələyə xüsusi önəm verməsi və məsələyə aydınlıq gətirilməsi üçün redaksiyadan sorğu göndərilib. Məsələn, məlum olur ki, Qax kimi kənd təsərrüfatı, xüsusən də heyvandarlığın inkişaf etdiyi rayonda icra nümayəndələri rayona ayrılmış büdcə vəsaitini “ərzaq məhsulları” almaq adı altında xərcləyib-siliblər. Aşağıdakı rəsmi arayışa diqqət edin (arayış 2014-cü ilə aiddir):
-Qax rayon İcra Hakimiyyəti başçısının Qaxingiloy kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi, Ərzaq məhsullarının satın alınması, “Qaxbaş-14” MMC, 23 min 476,58 manat.
-Qax RİH başçısının Qaxingiloy kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi, Ət və süd məhsullarının satın alınması, “Qaçqaçay” kəndli fermer təsərrüfatı, 13 min 683,64 manat.
-Qax RİH başçısının Almalı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi, Ərzaq məhsullarının satın alınması, “Qaxbaş-14” MMC, 13 min 932,94 manat
- Qax RİH başçısının Almalı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi, Ət və süd məhsullarının satın alınması, Qaşqaçay kəndli fermer təsərrüfatı, 8 min 121,01 manat.
-Qax RİH başçısının Əlibəyli kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi, Ət və süd məhsullarının satın alınması, Qaşqaçay kəndli fermer təsərrüfatı, 6 min 899,61 manat.
-Qax RİH başçısının Əlibəyli kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi, Ərzaq məhsullarının satın alınması, “Qaxbaş-14” MMC, 11 min 837,44 manat.
-Qax RİH başçısının Ləkit kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi, Ərzaq məhsullarının satın alınması, “Qaxbaş-14” MMC, 11 min 089,29 manat.
-Qax RİH başçısının Ləkit kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi, Ət vı süd məhsullarının satın alınması, Qaşqaçay kəndli fermer təsərrüfatı, 6 min 463,59 manat.
-Qax RİH başçısının Tasmalı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi, Ət və süd məhsullarının satın alınması, Qaşqaçay kəndli fermer təsərrüfatı, 5 min 986,52 manat.
-Qax RİH başçısının Tasmalı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi, Ərzaq məhsullarının satın alınması, “Qaxbaş-14” MMC, 10 min 270,86 manat.
-Qax RİH başçısının Güllük kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi, Ərzaq
əhsullarının satın alınması, “Qaxbaş-14” MMC, 9 min 723,44 manat.
-Qax RİH başçısının Güllük kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi, Ət və süd məhsullarının satın alınması, Qaşqaçay kəndli fermer təsərrüfatı, 5 min 667,48 manat.
-Qax RİH başçısının Zəyəm kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi, Ət və süd məhsullarının satın alınması, Qaşqaçay kəndli fermer təsərrüfatı, 5 min 671,15 manat.
-Qax RİH başçısının Zəyəm kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi, Ərzaq məhsullarının satın alınması, “Qaxbaş-14” MMC, 9 min 729,75 manat.
-Qax RİH başçısının Qum kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi, Ət və süd məhsullarının satın alınması, Qaşqaçay kəndli fermer təsərrüfatı, 5 min 513,75 manat.
-Qax RİH başçısının Qum kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi, Ərzaq məhsullarının satın alınması, “Qaxbaş-14” MMC, 9 min 459,63 manat.
-Qax RİH başçısının Əmircan kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi, Ərzaq məhsullarının satın alınması, “Qaxbaş-14” MMC, 9 min 273,5 manat.
-Qax RİH başçısının Əmircan kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi, Ət və süd məhsullarının satın alınması, Qaşqaçay kəndli fermer təsərrüfatı, 5 min 405,22 manat.
-Qax RİH başçısının Sarıbaş kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi, Ərzaq məhsullarının satın alınması, “Qaxbaş-14” MMC, 7 min 643,97 manat.
-Qax RİH başçısının Qorağan kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi, Ərzaq məhsullarının satın alınması, “Qaxbaş-14” MMC, 6 min 898,63 manat.
-Qax RİH başçısının Turaclı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi, Ərzaq məhsullarının satın alınması, “Qaxbaş-14” MMC, 13 min 953,17 manat.
-Qax RİH başçısının Turaclı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi, Ət və süd məhsullarının satın alınması, Qaşqaçay kəndli fermer təsərrüfatı, 8 min 132,79 manat...

Büdcə vəsaiti hesabına alınan ət-süd Qax kimi kənd rayonunda icra nümayəndəliklərinin nəyinə lazım imiş?

Dünən Qaxdan redaksiyaya məlum şikayətlə bağlı telefon zəngi oldu. Mənbədən Qax rayonunda icra nümayəndələrinə ət-süd satmaqla tanınan “Qaxbaş-14” MMC barədə məlumat soruşduq. Mənbənin sözlərinə görə, bu MMC Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin yaxın adamlarından birinə məxsusdur, bu MMC-nin vəzifəsi isə əsasən RİH başçısının tapşırığı ilə məhz pul silməklə məşğuldur: “...Təbii olaraq, mən sizinlə razıyam, Respublikada digər rayonlardan fərqli olaraq ən ucuz süd və ət Qaxın kəndlərindədir, su qiymətinə olduğu halda, büdcə pullarını kəndlərdə ət-süd almağa xərcləmək olarmı??? Məgər icra nümayəndəliklərinin pul xərcləməyə başqa problemli sahəsi yoxdurmu? Bəs bu ət-süd icra nümayəndələrinin nəyinə lazım imiş? Qoy, jurnalistlər bunu araşdırsın...”.


P S İcra başçısı Musa Şəkiliyev sərxoş halda gülünc vəziyyətə düşdü
Qax rayonundan Qaynarxett. info-ya maraqlı bir neçə informasiya daxil olub. Belə ki, adıçəkilən rayondan deyilənlərə görə, RİH başçısı Musa Şəkiliyev demək olar hər gün sərxoş vəziyyətdə olur. Bir müddət əvvəl də o, sərxoş vəziyyətdə olarkən rayonun mərkəzi küçələrindən birində sürücüsünə maşını saxlamasını əmr edərək maşında əyləşdiyi hissədən qapını açaraq işıqforun yanında rəzalətli duruma düşüb. Rayon sakinlərindən biri də bu fürsəti buraxmamaq qərarına gəlir və həvəskar çəkilişi ilə bu “tarixi an”ı telefonunun yaddaşına həkk edir.
Bu barədə növbəti sayımızda geniş məlumat verəcəyik. BIZI IZLƏYİN

qaynarxett.az