backend

Prezidentdən böyük jest - coxdan gözlənilən addım atıldı

Prezidentdən böyük jest - coxdan gözlənilən addım atıldı
Mehdi Səlimzadə Göyçayın icra başçısı təyin olundu; Mübariz Ağayev nazir müavini postuna gətirildi; ekspertlər bunu kadr dəyişikliyinin yeni mərhələsi kimi qiymətləndirir

İyunun 10-da prezident növbəti kadr islahatları aparıb. Belə ki, prezidentin imzaladığı sərəncamla Göyçay rayonu İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev tutduğu vəzifədən azad olunub.

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Mehdi Səlimzadə Göyçay rayonuna icra başçısı təyin edilib.

Mehdi İldırım oğlu Səlimzadə 1955-ci ildə anadan olub. Ali tibb və hüquqşünas təhsili var.
2003-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirib.

1996-2000-cı illərdə Milli Məclisin Yerli özünüidarəetmə məsələləri üzrə Daimi Komissiyasında ekspert kimi çalışıb.

Bələdiyyə sisteminin inkişafına həsr olunan onlarla elmi-publisistik məqalənin və monoqrafiyanın müəllifidir.

2000-2003- cü illərdə Mərkəzi Seçki Komissiyasının üzvü, 2004-cü ildən Azərbaycan Bələdiyyə Qulluqçuları Həmkarlar İttifaqının təsis edilməsi ilə bağlı yaradılan təşkilat qrupun rəhbəri və komitənin ilk sədri seçilib.

Türk Dünyası Bələdiyyələr Birliyinin həmsədri kimi Azərbaycan bələdiyyə sistemini mütəmadi olaraq beynəlxalq tədbirlərdə layiqincə təmsil edib. Bir sıra dövlət mükafatları ilə təltif edilib.
2012-ci ildən prezidenti İlham Əliyevin sərəncamı ilə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.

Göyçay rayonu İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev

2004-cü ildən Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzinin rəisi vəzifəsində çalışıb.
Göyçayın dünənə qədər icra başçısı olan Mübariz Ağayevə isə daha yüksək vəzifə verilib. Prezidentin müvafiq sərəncamı ilə o, Göyçayın icra başçısı vəzifəsindən azad edilərək kənd təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib.

Unikal.org-a danışan M.Ağayev göstərdiyi etimada görə, prezident İlham Əliyevə təşəkkür edib.

Nəzərə çatdıraq ki, Mübariz Ağayev Göyçayla yanaşı, daha əvvəllər Mingəçevirin və Qubanın da icra başçısı olub.

***
Nəzərə çatdıraq ki, kadr və struktur islahatlarının növbəti mərhələsinin başlayacağı bağlı müsavat.com bir müddət öncə yazmışdı. Bu günlərdə sənədləşmə məsələlərinə dair bir sıra səlahiyyətlərin ASAN Xidmətə verilməsi, həmçinin, sərhəd keçid məntəqələrində DSX-nın səlahiyyətlərinin artırılması, elektron hökumətə keçidlə bağlı müvafiq sərəncamlar imzalanmasının ardınca kadr dəyişiklərinin başlaması islahatların kompleks xarakter ala biləcəyini düşünməyə əsas verir.

Burada bir məqamı da qeyd edək ki, ekspertlər “neft erası”nın bitməsindən sonra kənd təsərrüfatı sahəsinin inkişafına xüsusi diqqət ayrılacağı barədə təhlillərlə çıxış edirlər. Həmçinin, dövlət başçısı da bununla bağlı açıqlamalarında bildirib. Belə bir vaxtda icra başçısı işlədiyi dövrlərdə işgüzarlığı ilə seçilən Mübariz Ağayevin də məhz kənd təsərrüfatı nazirinin müavini postuna gətirilməsi bu prosesin tərkib hissəsi kimi qiymətləndirilir.

Ekspertlər deyirlər ki, ölkədə kadr və struktur islahatları qaçılmazdır və qısa zamanda bu, daha geniş vüsət alacaq.