backend

Bakıda adam vurub qacan ''Range Rover''in sürücüsü xanım imiş - FOTO

Bakıda adam vurub qacan ''Range Rover''in sürücüsü xanım imiş - FOTO
Lakin polis xanım sürücünün kimliyini açıqlamır

Bakıda iki gün əvvəl ''Range Rover'' markalı avtomobilin piyadanı vurub qaçması barədə xəbər vermişdik. İyunun 5-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsində ''Range Rover'' markalı avtomobil Yavər Əliyev küçəsindəki piyada keçidində yolu keçmək istəyən kişini vurub. Zərbənin təsirindən piyada hadisə yerindən bir neçə metr kənara düşüb. Yaralı ağır vəziyyətdə təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Avtomobil isə gəldiyi sürətlə də hadisə yerindən qaçıb. Əldə edilən məlumata görə, ''Range Rover''in sükanı arxasında xanım olub. Sabunçu rayon Polis İdarəsindən maşının sükanı arxasında xanım sürücü olduğu təsdiqlənsə də, onun qaçmasını təkzib etdilər. Bildirildi ki, sürücü piyadanı vuran an qorxub və avromobili hadisə yerindən kənarda saxlayıb. Lakin polis xanım sürücünün kimliyini açıqlamır. 3 saylı Şəhər Xəstəxanasından isə bildirildi ki, yaralının vəziyyəti ağır olaraq qalır.(criminal.az)

Bakıda adam vurub qacan ''Range Rover''in sürücüsü xanım imiş - FOTO
Bakıda adam vurub qacan ''Range Rover''in sürücüsü xanım imiş - FOTO