backend

Türk Milləti ğözün aydın: PKK lideri öldürüldü - HƏMİN ANIN GÖRÜNTÜLƏRİ

Türk Milləti ğözün aydın: PKK lideri öldürüldü - HƏMİN ANIN GÖRÜNTÜLƏRİ
“You Tube”da Tel Hamis adı ilə açılan bir hesabdan “Bahoz Erdal” kod adlı Fehman Hüseynin öldürülmə anı paylaşılıb.

“OpTime” Türkiyə KİV-nə istinadən xəbər verir ki, PKK terror təşkilatının liderlərindən olan “Bahoz Erdal”ın da içində olduğu avtomobil partladılıb.

“Bahoz Erdal”ın iyulun 8-də saat 20:30 radələrində Suriyanın Himo bölgəsində kürdlərin mərkəzi olan Kamışlıya gedərkən vurulduğu bildirilib. Erdal ilə birlikdə onun 8 nəfər mühafizəçisinin də öldüyü qeyd olunur.

Bu xəbər Türkiyə xalqına şad xəbər kimi verilib.

Suriyada öldürülən “Bahoz Erdal”ın adı Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən ən çox axtarılan terroristlər siyahısındakı qırmızı kateqoriyada idi.

Suriya kürdlərindən olan, Şam Universitetini bitirən və 26 ildir ki dağda yaşayan “Bahoz Erdal” PKK terror təşkilatının ən önəmli adlarından biri idi.

[media=blob:http://www.dailymotion.com/cca4a6c2-616b-4571-afb5-837995b5f1dd]