backend

Son dəqiqə: İRƏVAN QANA İCİNDƏ - Polis silaha əl atdı - CANLI YAYIM

Son dəqiqə: İRƏVAN QANA İCİNDƏ - Polis silaha əl atdı - CANLI YAYIM
İrəvanda silahlı qrup tərəfindən ələ keçirilmiş polis bölməsində polis əməkdaşları və nümayişçilər arasında toqquşmalar başlayıb.

Publika.az erməni KİV-lərinə istinadən xəbər verir ki, nümayişçilər polis əməkdaşlarına daş atırlar. Polisin aksiya iştirakçılarına qarşı silahdan istifadə eydiyi bildirilir. Ərazidə atəş səsləri eşidilir.

Qeyd edək ki, artıq 4-cü gündür ki, silahlı qruplaşma Ermənistan Polisinin patrul-mühafizə alayının Erebuni rayonunda yerləşən binasını nəzarətdə saxlayır. Onlar polis tərəfindən saxlanılmış Qarabağ müharibəsi veteranı Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb ediblər. Dünən İrəvanda polis və mülki vətəndaşlar arasında baş vermiş toqquşmalar nəticəsində isə 4 polis əməkdaşı yaralanıb. Silahlılar hazırda 4 nəfəri girov saxlayır.