backend

Putini Bakıya gətirən səbəb: YENİ QARABAĞ PLANI - Sensasion təfərrüat

Bakıda Vladimir Putin, İlham Əliyev və Həsən Ruhani görüşünün əsas mövzusu Xəzərin statusu və Dağlıq Qarabağ münaqişəsinin nizama salınması olacaq.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın “Nezavisimaya qazeta” nəşri yazıb.

Nəşr qeyd edir ki, Bakıda üç ölkənin bu formatda görüşü Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə keçiriləcək: “Əsas məqsəd humanitar, regional terrorizmlə mübarizə və enerji təhlükəsizliyində ikitərəfli və üçtərəfli əməkdaşlıqdır. Analitiklərin fikrincə, bu görüş hər üç tərəfin maraqlarına uyğundur”.

Rusiyalı politoloq Sergey Markov nəşrə açıqlamasında deyib ki, görüşdə Dağlıq Qarabağ məsələsinin müzakirəsi də əsas olacaq: “Bütün diqqət Rusiyanın vasitəçilik səylərinin fəallaşmasına yönəlib. Putin əvvəlcə Prezident İlham Əliyevlə görüşəcək, sonra Ərdoğanla. Ardınca Sarkisyanla Moskvada görüşəcək. Putin görünür, regionda möhkəm təhlükəsizliyin yaradılmasına çalışır. Bura İran prezidenti ilə görüşü də əlavə etsək, aydın olur ki, Putin Qarabağ münaqişəsini sürətli həllinə çalışır”.