backend

Əli İnsanov narkotikdə ittiham olundu, həbsxanada dava saldı, məhbusları üsyana çağırdı...

Əli İnsanov narkotikdə ittiham olundu, həbsxanada dava saldı, məhbusları üsyana çağırdı...

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində etibarlı mənbədən əldə edilmiş məlumata görə, Əli İnsanov, qanunvericiliyə və Penitensiar Xidmətin daxili qaydalarına zidd olaraq, məhbuslara resept yazıb və qeyri-qanuni həkimlik fəaliyyəti ilə məşğul olurmuş

Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsi Əli İnsanovun təyin etdiyi dərman vasitələrinin ekspertizasını aparıb və onların bəzilərinin tərkibində narkotik maddələr aşkarlanıb.

Bununla əlaqədar olaraq, Penitensiar Xidmət daxili təhqiqata başlayıb. Araşdırma zamanı Əli İnsanov sabotaja əl atıb, dava salıb və məhbusları üsyana qaldırmaq cəhdi edib.

Bu məlumat virtualaz.org-a etibarlı mənbədən daxil olub, lakin biz Penitensiar Xidmətdən həmin məlumatın təsdiq edilməsini gözləyirik.

Qeyd edək ki, Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həsb edilib. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında Ə.İnsanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan edilməklə 11 il müddətinə azadlıqdan məhrum olunub

QAYNARXETT.İNFO