backend

SON DƏQİQƏ: Ət və siqaret bahalaşdı

SON DƏQİQƏ: Ət və siqaret bahalaşdı

Qurban bayramı ərəfəsində ət bahalaşıb. Politika.Az xəbər verir ki, bu haqda iqtisadçı Vahid Məhərrəmov məlumat verib. Onun sözlərinə görə, bahalaşma hələ davam edəcək:

“Əhalinin alıcılıq qabiliyyəti kəskin şəkildə aşağı düşüb. Bu bayramda yalnız məmurlar və imkanlilar qurbanlıq qoç əldə edə biləcək. Çox təəssüflər olsun ki, əhalinin əksər hissəsi qurbanlıq tikəyə möhtac qalacaq”.

Bu dəqiqələrdə Politika.Az-a daxil olan məlumata görə, siqaretin qiymətində də bahalaşma qeydə alınıb. Əməkdaşımız öyrənib ki, bəzi siqaretlərin qiyməti qalxıb. Ehtimal olunur ki, ərzaq məhsullarının qiymətində də bahalaşma olsun. Bildirək ki, dolların məzənnəsi günbəgün qalxır.

Azərbaycan Mərkəzi Bankı 29 avqust tarixinə valyuta məzənnələrini açıqlayıb. Mərkəzi Bankdan verilən məlumata görə, avqustun 29-a olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,6280 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi isə 1,8238 manat təşkil edir.1 türk lirəsi 0,5515 manat, 1 rus rublu 0,0251 manatdır.

Qiymət artımının qeydə alındığı siqaret markaları aşağıdakılardır:

- "LD" (nazik qutu) - 2.60 AZN (əvvəlki satış qiyməti - 2.30 AZN)
- "LD" (qalın qutu) - 2.30 AZN (2.00 AZN)
- "Winston" - 3.10 AZN (2.80 AZN)
- "Sobranie" - 3.70 AZN (3.30 AZN)
- "LD" (göy qutu) - 1.70 AZN (1.50 AZN)
- "LD" (ağ qutu) - 1.60 AZN (1.40 AZN)
- "Winchester" (compact) - 1.50 AZN (1.30 AZN)
- "Winchester" (qalın qutu) - 1.40 AZN (1.20 AZN)
- "More" - 1.20 AZN (1.00 AZN)
- "Yava" - 1.20 AZN (1.00 AZN)
- "Viceroy" (compact) - 1.50 AZN (1.30 AZN)
- "Viceroy" (nazik qutu) - 2.30 AZN (2.00 AZN)
- "Rothmans" (compact) - 2.30 AZN (2.00 AZN)
- "Rothmans" (nazik qutu) - 2.60 AZN (2.30 AZN)
- "West" (qalın qutu) - 1.50 AZN (1.30 AZN)
- "West" (compact) - 1.70 AZN (1.50 AZN)
- "Classic" (compact) - 1.50 AZN (1.30 AZN)
- "Classic" (uzun) - 1.60 AZN (1.40 AZN)
- "Classic" (qalın qutu) - 1.40 AZN (1.20 AZN)
- "Prima" - 1.20 AZN (1.00 AZN)
- "P&S" - 2.30 AZN (2.00 AZN)
- "West" (nazik qutu) - 2.60 AZN (2.30 AZN)