backend

Başçıdan rəzalət: 4 sinif 2 otağa sığışıb, xəstəxanada mal-qoyun saxlanır - Foto

Başçıdan rəzalət: 4 sinif 2 otağa sığışıb, xəstəxanada mal-qoyun saxlanır - Foto
















Göyçayın Veysəlli kəndi problemlər bataqlığında üzür

Fim.az-ın xəbərinə görə, kənd sakinləri bir sıra ciddi problemlərlə üzləşiblər.

Belə ki, rayon mərkəzindən təxminən 20 kilometr aralıda yerləşən Veysəlli kəndində bir ibtidai məktəb var. Burada olan iki sinif otağında eyni vaxtda 4 sinifin şagirdlərinə dərs keçirilir. 1-ci və 3-cü sinif şagirdlərinə bir otaqda, 2-ci və 4-cü sinif şagirdlərinə isə digər otaqda eyni vaxtda dərs keçirilir.

Məktəbin binasına bitişik olan tibb məntəqəsi fəaliyyət göstərən kimi qeydiyyatda olsa da, orada mal-qoyun saxlanılır.

Kəndin yolları tamamilə yararsız vəziyyətdə olduğu üçün yuxarı sinif şagirdləri təhsil almaq üçün qonşu Şəkər kənd orta məktəbinə gedib-gəlməyə çətinlik çəkirlər.

Yolların yararsız olmasına görə şagirdləri məktəbə aparan avtobus sürücüsü bu xidmətdən imtina edib. Baxmayaraq ki, bu işə görə ona aylıq 280 manat əməkhaqqı təyin edilmişdi.

Kənddəki kitabxana ləğv edilib, yollar çox bərbad gündədir, rayon mərkəzinə gedib-gəlmək olmur. Sakinlər içməli su ilə təmin olunsalar da, qazın yoxluğuna görə qışda əziyyət çəkirlər. Bu kəndin problemləri ilə maraqlanan yoxdur.

Göyçayda yeni təyin olunan icra başçısı Mehdi Səlimzadə də rayonu dəyişə bilməyib. Onun gəlişi ilə problemlər donub və əksinə, narazılıqlar artıb.

Göyçaylı iş adaları Bələdiyyələrlə və kənd icra nümayəndələri ilə İş şöbəsinin müdürü Rəşad Şükürovdan şikayət edirlər. Rəşad Şükürov nəinki kənd bələdiyyələrinin və icra nümayəndələrinin, yerli sahibkarların da «torbasını tikmək»lə məşğuldur. Həm də özü yerli sahibkarlardan sayılır.

Ona məxsuz rayonun Potu və Hüngütlü kənd ərazisində hektarlarla torpaq sahəsi, fermer təsərrüfatı, bir neçə ticarət obyektləri və mebel sexi var. O öz vəzifəsindən istifadə edərək rayon tikinti monopoliyasını əlinə keçirib.

Bildirilir ki, onun icazəsi olmadan məhşur tikinti şirkətlərinin gündəlik satılan mallarından bir neçəsi, xüsusən də sementin rayonda satışı qeyri-mümkündür.

Başçıdan rəzalət: 4 sinif 2 otağa sığışıb, xəstəxanada mal-qoyun saxlanır - Foto

Başçıdan rəzalət: 4 sinif 2 otağa sığışıb, xəstəxanada mal-qoyun saxlanır - Foto