backend

Bakıda şagirdlərə dərslər marketdə keçirilir - FOTO

Bakıda şagirdlərə dərslər marketdə keçirilir - FOTO






















Məktəbin bufeti də bu marketdə yerləşir.

Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük Sovxozu adlanan ərazidə yaşayan sakinlər məktəb problemi ilə üzləşiblər.

qaynarxett.az xəbər verir ki, sakinlər Qafqazinfo-ya göndərdikləri müraciətlərində uşaqlarının məktəb əvəzinə marketdə dərs keçdiyini bildirirlər.

“Əhalinin sayına görə, Bakının ən iri qəsəbələrini geridə qoyan bu yaşayış massivində Bakı şəhəri üzrə cəmi bir məktəb mövcuddur. Uşaqların çoxu Binə qəsəbəsində yerləşən məktəblərdə təhsil alırlar, bu da həmin məktəblərdə həddindən çox şagird sıxlığına səbəb olur.

Hövsan Südçülük Sovxozunda işğal olunmuş rayonlardan qaçqınlar da məskunlaşıb. Bu ərazidə ən çox Laçın və Kəlbəcər rayonlarından olan qaçqınlar yaşayırlar. Eyni zamanda Kəlbəcər rayonunun 37 nömrəli tam orta məktəbi müvəqqəti olaraq Hövsan Südçülük Sovxozu adlanan ərazidə fəaliyyət göstərir.

Bu məktəbdə təhsil almaq üçün yetərincə şərait yoxdur. Sinif çatışmazlığından şagirdlərə dərslər yaxınlıqdakı marketdə keçirilir. Məktəbin bufeti də bu marketdə yerləşir. Quru həyətyanı sahəsi olmadığından uşaqlar palçıq içərisində gəzişirlər.

Məktəbin direktoru öz daxili imkanları və xeyirxah insanların hesabına məktəbi saxlamağa çalışsa da, bu kifayət etmir. Ərazidə başqa məktəb olmadığından qaçqın olmayan ailələrin uşaqları da bu məktəbdə təhsil alırlar. Tövləyə bənzəyən məktəb binasında yer çatışmadığından yaxınlıqdakı market sinif otağı kimi istifadə olunur. Dərs vəsaitləri market rəflərində yerləşdirilir, uşaqlar sınıx-salxaq stol və stullardan istifadə edirlər”.

Qeyd edək ki, son 10 il ərzində prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən bir sıra dövlət proqramlarının, Heydər Əliyev Fondunun “Yeni Azərbaycana yeni məktəb” layihəsinin icrası çərçivəsində Azərbaycanda 2900-ə yaxın məktəb inşa edilib, bərpa olunub, əlavə korpusların tikintisi həyata keçirilib. 2013/2014-cü tədris ili üzrə yeni inşa olunan, bərpa edilən, əsaslı təmir-bərpa olunan məktəblərin sayı 200-dən artıqdır. Ölkədə məktəb tikintisinin sürəkli olaraq həyata keçirilməsinə baxmayaraq bu sahədə problemlər hələ də qalmaqdadır.

Bakıda şagirdlərə dərslər marketdə keçirilir - FOTO

Bakıda şagirdlərə dərslər marketdə keçirilir - FOTO

Bakıda şagirdlərə dərslər marketdə keçirilir - FOTO

Bakıda şagirdlərə dərslər marketdə keçirilir - FOTO

Bakıda şagirdlərə dərslər marketdə keçirilir - FOTO