backend

Əhməd Əhmədzadənin adamı Neftçalada dövlət əmlakını talayır- İTTİHAM

Əhməd Əhmədzadənin adamı Neftçalada dövlət əmlakını talayır- İTTİHAM

Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Neftçala Suvarma Sistemləri İdarəsinin rəisi Elçin Əsədovun qanunsuz hərəkətləri, işındə yol verdiyi nöqsanlarla bağlı redaksiyamıza rayon sakinləri tərəfindən şikayət xarakterli müraciətlər daxil olmaqdadır. Şəhər sakinləri yazırlar ki, bu idarəyə ayrılan ayrılan yanacaq idarədən kənar adamlara satılır. İdarənin həyətində gördüyünüz bu maşınların heç biri bu idarəyə məxsus deyillər.

Şikayətçinin yazdığına görə idarəyə məxsus oilmayan qeyri adamlar idarənin yanacağından istifadə edirlər. Təbii olaraq pulunu Elçin müəllimə saymaq şərti ilə. Ona görədə 3 ildir bu idarəyə müdür gələn Elçin Əsədovun artıq yüzlərlə hektar torpaqları Bakıda və Neftçalada möhtəşəm villaları var.
Hazırda Neftçalanın əksər kəndlərinin suvarma suyu ilə təminatının acınacaqlı vəziyyətdə olduğunu qeyd edən şikayətçilərin sözlərinə görə, xüsusilə Aşağı Qaramanlı, Pirəbbə, Cəngan, Qədimkənd, Ballıcalı, Xol Qarabucaq, Mürsəqulu və Şorkənd kəndlərində əhali suvarma suyuna həsrətdir: “Səbəb dövlət büdcəsindən bu sahəyə ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməməsi, müəyyən məqamlarda yeyintiyə yol verilməsidir.

Sakinlərdən şikayət edən Qaramanlı kəndində yaşayan Fərəcov Xalid Saday oğlu qeyd edir ki, rayon camaatı dəfələrlə məsələ ilə bağlı Neftçala Rayon İcra Hakimiyyətində olaraq, problemlə əlaqədar ətraflı məlumat veriblər, lakin indiyədək heç kim Elçin Əsədovun buraxdığı səhvləri aradan qaldırması ilə bağlı heç bir tədbir görməyib: “Görünür, onun “Meliorasiya və Su Təsərrüfatı” ASC-də güclü himayədarı var”. Bu gün Neftçalada kənd təsərrüfatı ilə məşğul olmağın mümkünsüz olduğunu vurğulayan sakinlər bunun başlıca səbəbi kimi suvarma suyunun olmaması, uzun fasilələrlə verilməsini göstərirlər: “Biz neftçalalıların tək dolanışıq yeri dəniz, yəni balıqçılıq və bir də kənd təsərrüfatıdır. Lakin Neftçala Suvarma Sistemləri İdarəsinin rəisi Elçin Əsədovun yarıtmaz fəaliyyəti nəticəsində rayonun əksər kəndləri suvarma suyu ilə təchiz olunmadığından camaat olduqca ağır vəziyyətlə üz-üzə qalıb. Torpaq sahələrimiz boş-boşuna qalıb, bizsə heç nə əkib-becərə bilmirik. Axı, su olmayan yerdə nə əkmək, nəyi becərmək olar? Təbii ki, heç nəyi. Vallah, artıq dərdimizi deməyə adam da tapa bilmirik. Hara, kimə müraciət ediriksə, bizi ya başlarından edirlər, ya da ümumiyyətlə olub-bitənlərə əhəmiyyət vermirlər. Suvarma suyu olmadığından heyvandarlıqla da məşğul ola bilmirik.

Son illər rayon camaatından demək olar ki, heç kim kənd təsərrüfatından xeyir götürə, nə də ki, mal-qarasını artıra bilib”. Neftçala Suvarma sistemləri İdarəsinin rəisi Elçin Əsədovun nəzarətində olan SİB –lərin (sudan istifadə edənlər birliyi ) fermerlərlə qanuna uyğun qaydada müqavilə bağlamaqda maraqlı olmadığını bildirən rayon camaatı iddia edir ki, onlar , dövlət rüsumundan əlavə hər hektara 5 manat pul tələb edir: “Bu isə biz neftçalalıların narazılığına səbəb olur. Hazırda bizlərdən tələb olunan qanunsuz ödəmələrlə bağlı rayon prokrorluquna rəsmi müraciət etmişik və cavab gözləyirik .Axı, niyə biz SİB-ə nə isə artıq bir şey ödəməliyik. Dövlət rüsumu nə qədərdirsə biz də həmin məbləği ödəməyə hazırıq. Ondan artığını verə bilmərik. Lakin qarşı tərəf ya bunu başa düşmür, ya da ki, israrla başa düşmək istəmir. Məhz elə buna görə də Elçin Əsədovun rəhbərlik etdiyi idarə camaata divan tutur. Belə ki, torpaq sahələrini əkmək istəyən rayon sakinləri ərazilərini suvarmaq üçün mütləq qarşı tərəfin də maraqlarını nəzərə almalıdır. Söz yox ki, istifadə olunan suyun müqabilində dövlət tərəfindən nəzərdə tutulmuş rüsum var. Yəni, hər kubmetr suya görə ödənilən məbləğ mövcuddur. Lakin Neftçala Suvarma Sistemləri İdarəsi üçün qanunda nəzərdə tutulan məbləğ əhəmiyyət kəsb etmir. Çünki idarənin özünün müəyyən etdiyi rüsumlar var və suvarma suyu istəyən hər kəs həmin məbləği ödəməlidir. Əks halda, hara və kimə şikayət etmənizdən asılı olmayaraq heç kimə su verilmir”. Daxil olan şikayət məktubu ilə bağlı idarə rəisi Elçin Əsədovun telefonla mövqeyini öyrənmək istəsək də, o zəngimizə cavab vermədi. İkinci cəhdimizdə idarənin baş mühasibi Elçin Gözəlovla telefon əlaqəsi saxladıq və baş verənlərə ondan münasibət bildirməsini xahiş etdik. O isə dedi ki, mətbuata danışmamaqla bağlı idarə rəisinin qəti tapşırığı var.

P.S: Neftçala Suvarma Sistemləri İdarəsi HANSI ÖZƏL MÜƏSSİSƏLƏRƏ HANSI İŞ ÜCÜN PUL KÖCÜRÜB? Növbəti sayımızda bu barədə geniş məlumat verəcəyik. BİZİ İZLƏYİN!!!
Qarşı tərəfin fikirlərini dinləməyə hazırıq.!


Qaynarxett.az

Əhməd Əhmədzadənin adamı Neftçalada dövlət əmlakını talayır- İTTİHAM

Əhməd Əhmədzadənin adamı Neftçalada dövlət əmlakını talayır- İTTİHAM

Əhməd Əhmədzadənin adamı Neftçalada dövlət əmlakını talayır- İTTİHAM