backend

Ağdamda dəhşətli qəza: Bir ölü, altı yaralı

Ağdamda dəhşətli qəza: Bir ölü, altı yaralı






















Hazırda hadisə yerində araşdırma aparılır.

Ağdamda 1 nəfərin ölümü, 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Qaynarxətt.info APA-ya istinadən xəbər verir ki, rayonun Quzanlı qəsəbəsində “VAZ 21099” və “VAZ 21011” markalı minik maşınlarının toqquşması nəticəsində 7 nəfər xəsarət alıb.

Yaralılar əvvəlcə Ağdam Mərkəzi Rayon Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra Bərdə Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Yaralılardan biri Bərdə MRX-da dünyasını dəyişib.

Hazırda hadisə yerndə araşdırma aparılır. Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.