backend

Aydəm İsmayılov: Multukuluralizmin alternativi yoxdur

Aydəm İsmayılov: Multukuluralizmin alternativi yoxdurXəbər verdiyimiz kimi Prezident İlham Əliyev 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında sərəncam imzalayıb.Sərq ölkə ictimaiyyəti tərəfindən çox yüksək səviyyədə tanınmış ziyalılar,elm xadimləri,iş adamları mətbuat vasitəsi ilə çıxış edərək Prezident tərəfindən imzalanmış bu sərəncama müsbət rəylərini bildiriblər.
Prezidentin məlum sərəncamina dərhal münasibət bildirənlərdən biri də daha çox ictimai fəaliyyəti və xeyriyyəçiliyi ilə seçilən tanınmış iş adamı,fəlsəfə elmlər namizədi Aydəm İsmayılov olub.Onun fikirlərini olduğu kimi təqdim edirik:" Ulu Öndər Heydər Əliyevin milli dəyərlərimizə və adət-ənənələrimizə göstərdiyi diqqət və qayğı nəticəsində milli ideologiyamızın əsas elementlərindən birinə çevrilmiş və dövlət səviyyəli tədbirlər sırasına daxil edilmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Respublikada gedən davamlı inkişaf həyatın bütün sahələrini əhatə edən uğurlarımızın sayının artmasına və Ölkəmizin ildən-ilə daha firavan, xoş ovqat və əmin-amanlıq şəraitdə yaşamasına imkan yaratmışdır.
Azərbaycan çoxmillətli və çoxdinli bir ölkədir. Bir neçə əsr ərzində etnik və dini azlıqlara mənsub olan şəxslər respublikamızda etnik çoxluq olan azərbaycanlılarla sülh və harmoniya şəraitində yaşayıb və yaşayırlar. Bu torpağı özünə əbədi məskən seçən xalqların əksəriyyəti zaman keçdikcə doğmalaşıb, bəziləri isə yerli xalqlarla qaynayıb qarışıblar və bu gün haqlı olaraq bu torpaqda yaşayanlar Azərbaycanı özlərinə doğma və əbədi vətən hesab edirlər. Respublikamızda 300-dən artıq dini icmanın mövcud olması və onlara eyni münasibətin göstərilməsi Azərbaycanı dünya miqyasında tolerant ölkə kimi tanıtmışdır. Azərbaycan ərazisində 1802 məscid, 5 pravoslav, 1 katolik, 4 gürcü-pravoslav kilsəsi, 6 sinaqoq və digər ibadət yerləri fəaliyyət göstərir. Ölkə əhalisinin 96 faizini müsəlmanlar, 4 faizini isə xristianlar, yəhudilər və digər dinlərin təmsilçiləri təşkil edir. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra tikilmiş məscidlərin sayı 595-ə çatıb. Ölkədə 11 kilsə, o cümlədən Bakıda 3 pravoslav və 1 katolik, Gəncə və Xaçmazda 1 pravoslav və digər kilsələr fəaliyyət göstərir. Eyni zamanda Quba rayonunun “Qırmızı” qəsəbəsi İsraildən sonra yəhudilərin kompakt halda yaşadıqları yeganə yaşayış məntəqəsidir. Bu gün qəsəbədə iki sinaqoq fəaliyyət göstərir.İlham Əliyev ölkəmizin şimal bölgəsinə səfəri zamanı bəyan etdi ki, heç vaxt heç bir yerdə ayrı-seçkiliyə yol verilməyəcək, verilmir və bunun qarantı Azərbaycan prezidentidir: “Bunun qarantı mənəm - Azərbaycan prezidenti. Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayırlar. Bu da bizim böyük üstünlüyümüzdür, böyük dəyərimizdir”. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunması bütün dünyaya Azərbaycan xalqının dostluq, qardaşlıq şəraitində yaşamağa qadir olan bir xalq olduğunu bir daha nümayiş etdirdi. Azərbaycan multukulturalizm sahəsində böyük təcrübəyə sahibdir. Ölkəmizdə multukultural dəyərlər həyat tərzindən, birgəyaşayış qaydalarından, həyat normasından dövlət siyasəti səviyyəsinə qədər yüksəlib. Multukuluralizmin alternativi yoxdur. Azərbaycanın multukultural dəyərlərinin dünya üçün bir nümunədir. Ona görə də bu ilin “Multukulturalizm ili” elan olunmasını çox yüksək dəyərləndirirəm".