Sosial şəbəkələrdə Almaniyada müalicəyə yollanmış aparıcı Hacı Nuranın ölüm xəbəri yayılıb. Onun anidən dünyasını dəyişdiyi qeyd edilib.
Hacı Nuran məsələ ilə bağlı açıqlama verərək yayılan informasiyanın yalan olduğunu bildirib: “Bunu kim yayıb? Hələ sağam-ölməmişəm”. Qeyd edək ki, Hacı Nuranın Almaniyaya getməsinin səbəbi ağciyərində tapılan onkoloji şişdir.