backend

Bakıda avtomobillərin hərəkəti iflic oldu – FOTO + YENİLƏNİB + XƏRİTƏ

Bakıda avtomobillərin hərəkəti iflic oldu – FOTO + YENİLƏNİB + XƏRİTƏ























NİİM məlumat yayıb.

Bakının əksər mərkəzi prospekt və küçələrində dəhşətli tıxac yaranıb.

qaynarxett.az xəbər verir ki, Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) saat 11:26 radələrində yollardakı vəziyyətlə bağlı yaydığı məlumata əsasən, Heydər Əliyev şəhər istiqamətində və Babək (hər iki istiqamətdə) prospektlərində, Rəşid Behbudov, Əhməd Rəcəbli, Həsən Əliyev (Tbilisi pr-dən ASAN xidmət ist.), 28 may küçəsi (Səməd Vurğun parkı istiqamətində), Binəqədi şosesi Cəfər Xəndan küçəsi istiqamətində güclü tıxac müşahidə olunur.

Sürücülərə alternativ yoldan istifadə etmələri məsləhət görülür.

Qeyd edək ki, tıxacın yaranmasına əsas səbəb kimi Koroğlu Rəhimov küçəsinin 3 günlük təmirə bağlanması göstərilir.

10:59

Bu səhər Bakının əksər mərkəzi prospekt və küçələrində dəhşətli tıxac yaranıb.

qaynarxett.az xəbər verir ki, Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) saat 10:25 radələrində yollardakı vəziyyətlə bağlı yaydığı məlumata əsasən, Heydər Əliyev və Babək prospektlərində, Füzuli, Rəşid Behbudov, Afiyəddin Cəlilov, Nəcəfqulu Rəfiyev, akademik Həsən Əliyev, Təbriz, Fətəli Xan Xoyski, Ağa Nemətulla, Fəzail Bayramov, Əliyar Əliyev və Əhməd Rəcəbli küçələrində hərəkət dayanıb.

Qeyd edək ki, tıxacın yaranmasına əsas səbəb kimi Koroğlu Rəhimov küçəsinin 3 günlük təmirə bağlanması göstərilir.

NİİM-in məlumatında qeyd olunur ki, sürücülərin alternativ yollardan istifadə etməsi tövsiyə olunur.

Yeri gəlmişkən, Ziya Bünyadov prospektinin bir hissəsində də körpü-tikinti və tunel tikintisi məqsədilə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Bundan başqa, Ceyhun Səlimov küçəsi Hərbi hospitalın qarşısından 3-cü mkr. dairəsi istiqamətində yeni metro tikintisi ilə əlaqədar olaraq uzun müddətlik bağlanıb.

Xətai rayonu ərazisində Vunq Tau küçəsindən Ukrayna dairəsi istiqamətində də yol bağlıdır. Bu ərazidə yolda asfalt örtüyünün dəyişdirilməsi işləri aparılır.

Asfalt işləri ilə əlaqədar Əhməd Rəcəbli küçəsinin Ziya Bünyadov prospekti ilə kəsişməsinədək yol müvəqqəti bağlanıb.

Salatın Əsgərova küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Bülbül prospekti ilə kəsişməsinə qədər olan hissəsində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Xudu Məmmədov küçəsində Həzi Aslanov metrosunun çıxışında metro tikintisi getdiyindən yol bağlıdır.

11:59

Bakının əsas küçə və prospektlərində tıxac müşahidə olunur.

Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) qaynarxett.az-ya verilən məlumata görə, Koroğlu Rəhimov küçəsinin təmirə bağlanması ilə əlaqədar paytaxtın bəzi küçə və prospektlərində tıxac yaranıb.

Tıxac Heydər Əliyev prospektində (əsas və əlavə yol), Babək prospektindən Heydər Əliyev prospekti istiqamətində, Nəcəfqulu Rəfiyev küçəsindən Babək prospekti istiqamətində, Ağa Nemətulla (Nəriman Nərimanov metrosunun qarşısı) hər iki istiqamətdə, Yusif Səfərov küçəsində Heydər Əliyev prospekti istiqamətində, Təbriz küçəsi hər iki istiqamətdə və Ş.İ.Xətai prospektində müşahidə olunur.

Sürücülərə alternativ yoldan istifadə etmələri məsləhət görülür.

Bakıda avtomobillərin hərəkəti iflic oldu – FOTO + YENİLƏNİB + XƏRİTƏ

Bakıda avtomobillərin hərəkəti iflic oldu – FOTO + YENİLƏNİB + XƏRİTƏ