backend

Masallıda qaz idarəsi müdürünün qazı yoxdu, ancaq qazzı-qazzı danışmağı var

Masallıda qaz idarəsi müdürünün qazı yoxdu, ancaq qazzı-qazzı danışmağı var

















Hacıtəpə kəndinin sakinləri iki ildir xəttin çəkilməsinə baxmayaraq, “mavi yanacağa” həsərt qalıb

Masallının Hacaıtəpə kəndinə iki ildir qaz xətti çəkilsə də, camaat bu “mavi yanacağın” istisinə qızınmaslar da, tüstüsündən kor olublar. Redaksiyamıza müraciət edən kənd sakini Əlizaman Baxışov yazır ki, keçən il qazdan rahat şəkildə istifadə ediblər. Lakin bu il elə qış başlayan kimi, işlər korlanıb. Daha doğrusu, Hacıtəpə camaatı zillətə düşüb.

Ə.Baxışov bildirir ki, noyabr ayını kənd sakinləri ölüm-zülüm başa vurublar. Dekabr ayı başlayandan isə müsibətə düçar olublar. “Qazın verilməsində elə fasilələr olur ki, biz evimizdəki körpə uşaqların soyuqdan bozarmış çöhrələrinə baxa bilmirik. Mən şəxsən bir neçə dəfə Masallı Qaz İdarəsinə zəng etmişəm, onun baş mühəndisi ilə danışmışam. Müxtəlif bəhanələr göstərib, hər şeyin düzələcəyinə söz veriblər. Amma heç nə düzəlmir”.

Kənd sakini yazır ki, gündüzlər fasilə verilən təbii qaz gecə saat 23:30- dan sonra tamamilə kəsilir. “Nə üçün? Dünyaya qaz satan, sürətli addımlarla çox irəliyə gedən ölkəmizdə qazmı yoxdur? Bəlkə bu təxribatdır? Məgər xalqı soyuqla, çörəklə imtahana çəkərlərmi?”

Baxışov qeyd edir ki, onların yandırmağa heç nələri yoxdur. Meşə massivləri isə Hacıtəpəyə çox uzaq olduğundan odu da ala bilmirlər. “Hər kiçik məsələdən ötrü prezidentə şikayətmi etməliyik? Və ya biz də başqaları kimi magistralları kəsməliyik? Bəlkə elə o Qaz İdarəsinin işçiləri bunu istəyirlər?”

Xülasə, Masallıda qaz idarəsi müdürünün qazı yoxdu, ancaq qazzı-qazzı danışmağı var.