backend

Bakıda rəzalət: Karantində şadlıq evində toy... - ŞƏHİDLƏRƏ SAYĞISIZLIQ / VİDEO

Bakıda karantin qaydalarını pozaraq toy mərasimi keçirilib.
Redaktor.az xəbər verir ki, sosial şəbəkə istifadəçiləri "Siyaqut" şadlıq evində baş tutan toydan "İnstagram"da canlı yayım edildiyini yazıblar.

Canlı yayım açan şəxsə yazılan şərhlərdən bəllidir ki, hər kəs bu məsələnin yanlış olduğunu düşünüb.

"Şəhidimiz var, siz toy edirsiniz, ayıb olsun!" kimi fikirlər səsləndirilib.

Aldığımız məlumata görə, görüntülərlə bağlı Daxili İşlər Nazirliyi (DİN) araşdırmaya başlayıb.

<embed width="640" height="360" src="https://bax.tv/embed/118848.html" frameborder="0" webkitAllowFullScreen mozallowfullscreen allowFullScreen></embed>