backend

Ağsuda yeni açılmış "Ağsu Tədris Mərkəzi"ən son standartlara cavab verən ideal bir mərkəzdir

Mərkəzin ərsəyə gəlməsinə külli miqadarda vəsait xərcləndiyi binanın giriş hissəsindən başlayaraq hiss olunur. Bütün lazımı avadanlıqla təmin olunan sinif otaqları və digər otaqlar burada təhsil alanların yüksək səviyyədə bilikərə yiyələnməsinə yönəlib.
Son zamanlar məlum vəziyyətlə əlaqədar təhsil səviyyəsi heç şübhəsizki, valideynlərin çox qismini narahat edir. Tədris mərkəzində təhsil alan şagirdlərin valideynləri də bu qismə aiddir. Övladının layiqli təhsil alması üçün öz ailəsinin boğazından kəsərək ödəniş haqqı ödəyən vətəndaşlar övladlarının dövlət imtahanında necə nəticə əldə edəcəyini düşünmür deyillər. Əgər həmin tədris mərkəzində bütün kollektiv xüsusi peşəkarlıqla seçilibsə, tapşırıqla ya tanışlıqla kimsə işə götürülməyibsə, təcrübəli və peşəkar müəllimlərə üstünlük verilibsə, heç şübhəsizki orada verilən təhsilin səviyyəsi yüksək olacaqdır. Bu yazını yazmaqda məqsədimiz əsasən özəl müəssisələrdə rəhbər şəxlərin öz yaxın qohumlarının,tapşırıqla savadsız kadrların işə götürülməsinin dəfələrlə şahid olmağımızdır. İnanırıqki, "Ağsu Tədris Mərkəzi"onlara ümid bəsləyib milyonlar xərcləyən xeyriyyəçi insanların əziyyətini itirməyəcək, sonda yüksək nəticələri ilə Ağsu əhalisini sevindirəcəklər. Bu mövzu haqqında Dövlət İmtahan Mərkəzi ilə Təhsil Nazirliyinin birgə həyata keçirdiyi buraxılış və qəbul imtahanlarından sonra nəticələrə əsaslanaraq yeni bir yazımız olacaq.