backend

Ermənistanda koronavirusdan ölənlərin sayı 3 243-ə çatdı

Ermənistana son bir gündə 818 nəfər koronavirusa yoluxub.
"News.am" xəbər verir ki, martın 12-dək ölkədə 177104 nəfər virusa yoluxub.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 4 nəfər artaraq 3 243-ə yüksəlib.

Hazırda ölkədə 7 308 aktiv koronavirus xəstəsi var.