backend

Bakıda lal-kar şagirdi döydülər - RƏSMİ + FOTO

Bakıda lal-kar şagirdi döydülər - RƏSMİ + FOTO






















O, qorxub internat məktəbinə gəlib

Bu gün bir sıra KİV-də Bakıda məktəbdə lal-kar şagirdin döyülməsi ilə bağlı məlumat yayılmışdı. Yazıda 11-ci sinif şagirdi Elnur Baxşıyevin məktəbin içində tanımadığı şəxslərin hücumuna məruz qaldığı qeyd olunmuşdu.

Təhsil Nazirliyindən daxil olan məlumata görə, hadisə internat məktəbindən kənar bir yerdə baş verib.

Nazirlik bildirib ki, 19.07.1994-cü il təvəllüdlü Baxşıyev Elnur Şəmsəddin oğlu 18.01.2015-ci il tarixində günorta saat 1-2 radələrində internat məktəbindən kənar bir yerdə - metronun “Qara Qarayev” stansiyası yaxınlığında internat məktəbinin keçmiş məzunu Orxan Qasımovla aralarında yaranmış mübahisə zəminində dalaşıblar.

Mübahisəyə səbəb Elnurun Orxana qarşı nalayiq sözlər işlətməsi olub. Elnur Baxşıyevə Orxan tərəfindən şillə vurulub və o, bu hadisədən qorxaraq metroya yaxın ərazidə yerləşən internat məktəbinə gəlib.

Elnuru məktəbdə görən növbətçi tərbiyəçilər onunla nə baş verdiyi ilə maraqlanıb və valideynlərinə məlumat veriblər.

“Hadisə bazar günü baş verib və Elnur Baxşıyev internat məktəbində gecələmir. O, yalnız internat məktəbinə xüsusi təhsil almaq üçün gəlir. Hal-hazırda Elnur internat məktəbinin 11-ci sinfində təhsil alır və hadisə baş verən gündən bu günədək hər gün məktəbə gələrək dərslərdə iştirak edib”.

Bakıda lal-kar şagirdi döydülər - RƏSMİ + FOTO