backend

Burada müəllim yetişdirirlər, YOXSA?.. - ŞOK İTTİHAMLAR

Azərbaycan Dövlət Pedoqoji Universitetin ( ADPU ) rektoru Cəfər Cəfərovun və köməkçisi Riyad Rüstəmlinin əməlləri tələbələr və müəllim kollektivi arasında ən çox müzakirə mövzusudur.
Yazının başlığında adı olan digər şəxslərə keçməzdən öncə Səttar Möhbalıyev məsələsinə aydınlıq gətirək.
Hamı düşünə bilər ki, “APİ” hara, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri (AHİK) və Milli Məclisin deputatı Səttar Möhbalıyev hara ?
Məlumat üçün qeyd edək ki, Möhbalıyevlə Prezidentin sabiq köməkçisi Əli Həsənov qudadırlar.
Və “APİ”nin rektoru Cəfər Cəfərovla Əli Həsənov isə tələbə yoldaşı və yaxın dostdurlar. Cəfər Cəfərovun rektor təyin olunması da Əli Həsənovun “xeyir-dua”sı ilə olub.
İndi bildinizmi, Səttar Möhbalıyev “APİ”də necə lövbər salıb ?
Bu hələ ip ucudur. Görək Səttar Möhbalıyev uzun illərdir ki, “APİ”də nələr törədir.
Deməli, Səttar müəllimin yaxın qohumu Vaqif Əliyev “APİ”də həmkarların sədridir.
Bu bilirsiniz nə deməkdir ?
Vaqif Əliyev universitetdə fəaliyyət göstərən 1500-ə yaxın professor-müəllim heyəti, laborant və texniki işçinin sosial problemlərinin, hüquqlarının müdafiəsi ilə yaxından məşğul olmalı, onların müalicə və istirahətlərinin daha yaxşı təşkilinə kömək etməlidir.
Bəs Möhbalıyevin qohumu Vaqif Əliyev nə edir ?
“APİ”nin “profkomu” neçə ildir universitetin müəllimlərinin adına torpaq sahəsi alaraq kimlərəsə satmaqla məşğul olub.
Belə ki, Vaqif Əliyev Səttar müəllimin köməkliyi ilə müəllimlərin adına hektarlarla bağ sahəsi almış və həmin bağ sahələrini öz qohumlarının və Universitetdə işləməyənlərin və başqa şəxslərin adına sənədləşdirmişdir. O torpaqları hasara almış, üstündə villa və obyektlər tikdirərək satmışdır.
Bu hələ harasıdır ?
Vaqif Əliyev müəllimlərin adına 80 manata aldığı güzəştli “putyovkalar”ı kənar şəxslərə 300-500 manata satıb. Onun bu əməllərini o qədər uzatmaq olar ki…
Müəllimlər şikayət edəndə isə, Vaqif Əliyev hamıya fəxrlə deyir ki, dalımda Səttar müəllim durur, mənə kimsə heç nə edə bilməz.
Vaqif Əliyev müəllimlər üçün nəzərdə tutulan maddi yardımları qohumlarının adına yazaraq mənimsəmişdir.
Bu adam Yeni ildə, Novruz bayramında kollektivin adına nə qədər pay-hədiyyə sənədləşdirib satıb...
“APİ”də qanunsuz olaraq ixtisar olunan 4 müəllim infarkt keçirib, bəlkə Vaqif Əliyev onların pozulmuş hüququnu müdafiə edib?
Vaqif Əliyevin bu əməlləri rektor Cəfər Cəfərovun gözü qarşısında baş verir?
Görəsən rektor niyə bu boyda cinayət əməllərinə susur?
Çünki şərikdirlər.
Vaqif Əliyevin bu işlərdə “pomoşniki” Riyad Rüstəmlidir.
Bəli, rəsmi vəzifəsi rektor Cəfər Cəfərovun köməkçisi olan Riyad Rüstəmli bəzi tələbələrin əli ilə müəllimləri şantaj edir.
Hansı müəllimlər ki, ora-bura şikayət edirlər, narazılıqlarını bilıdirirlərsə, Vaqif Əliyev həmin anda Riyada deyir ki, BAŞLA…
Və Riyad Rüstəmlinin şantaj maşını işə düşür, bəzi tələbələr müəllimlər barəsində rektora müraciətlər edir, müəllimlər guya pul tələb edir-filan…
İndi gördünüzmü, Səttar müəllimin qohumu Vaqif Əliyev “APİ”də nələr törədir…
Riyad Rüstəmli təkcə Vaqif Əliyevin tapşırıqlarını yerinə yetirməklə məşğul olmur. Onun özünün də “APİ”də biznesi var.
Bəli, rektorun köməkçisi Riyad Rüstəmli tələbələrin imtahanlarını özü və rektor üçün şəxsi biznesə çevirib.
Kimlərin kəsiri varsa, qayıbı varsa, Riyad Rüstəmlini görməli, onunla bazarlıq etməlidir.
Köməkçi Riyad Rüstəmli hətta müəyyən güzəşti olan tələbələrə də GÜZƏŞTƏ getmir.
Hətta şəhid ailələrinin övladları üçün də bu adam güzəşt-zad anlamır.
ADPU-da imtahanların, kəsirlərin, qayıbın qiymətini rektorun köməkçisi Riyad Rüstəmli müəyyən edir.
Hətta Riyad Rüstəmli qayıb, kəsir məsələsindən gənc tələbə qızlara “yol tapmaq” üçün istifadə edir.
Bir sözlə. “APİ”də təlim-TƏRBİYƏDƏN söhbət gedə bilməz.
Biz hələ Cəfər Cəfərovun savadlı müəllimləri işdən uzaqlaşdırıb, arvadının kəmsavad qohumlarını “APİ”yə doldurmasından, Əli Həsənovun tapşırığı ilə PA-dan qovulan əməkdaşları “APİ”yə kafedra müdiri götürməsindən uzun-uzadı bəhs etmək istəmirik.
Təkcə onu qeyd edək ki, rektor Cəfər Cəfərov 2-ci Qarabağ müharibəsində şəhid olmuş əsgərimizn tələbə bacısına təhsil haqqında güzəştə getmir.
Daha nədən danışaq..?
 //gundelik-baaku.com//