backend

Astara Reğional Maliyyə Hesablaşma Mərkəzində DÖZÜLMƏZ ATMOSFER - Rüşvətxorluq pik həddə

Təhsil Nazirliyinin 15 saylı Ərazi Maliyyə Hesablama Mərkəzi Lənkəran, Astara və Lerik rayonlarında yerləşən orta məktəblərin maliyyə məsələlərini həyata keçirir. Məktəblərin direktorları hər ayın sonunda maaş cədvəllərini Mərkəzə təqdim edirlər, orada müvafiq əməliyyatlar həyata keçirildikdən sonra Təhsil Nazirliyinə göndərilir. Müəllimlərin əmək haqları bu prosesdən sonra maaş kartlarına köçürülür.

Qaynarxett.az-a məlumat verın mənbə bildirir ki, Hesablama Mərkəzinin rəhbəri Seyran Novruzovun qanunsuz əməlləri qurumda dözülməz atmosfer yaradıb: "Seyran Novruzov Mərkəzdə öz qaydalarını tətbiq edib. Bu "qaydalara" tabe olmayan işçilərə isə "torba tikilir", gözümçıxdıya salınır, əmək müqaviləsinin müddəti uzadılmır. "Heç bir əməkdaş rəisin komfortunu poza, onun himayəsində olan yaxın çevrəsinin tapşıqılarından boyun qaçıra bilməz",- deyə mənbə vurgulayır və
Seyran Novruzovun əl atdığı korrupsiya faktlarının siyahısını təqdim edir:

1. Ümumtəhsil məktəblərində saxta ştatların açılması,

2. MiQ-də iştirak etməyən şəxslərin rüşvətlə işə qəbulu,

3. 65 yaşı tamam olan direktorların qanunsuz olaraq müqavilələrinin uzadilması və direktor yerlərinin vakansiyadan gizədilməsi,

4. Saxta diplomu olan şəxslərin müəllim kimi fəaliyyətləri,

5. Qeyri ixtisas təhsilli və diplomsuz şəxslərin psixoloq kimi qanunsuz fəaliyyətləri,

6. Ümümtəhsil məktəblərinin lazımi inventarlarla təmin edilməməsi,

7. MiQ-lə göndərən müəllimlərə saxta H 1 və H 2 kompensasiyasının ödənilməsi,

8. Məktəblərdə otaq və heç bir avadanlıq olmadan qanunsuz laboratoriya ştatlarının verilməsi,

9. Xəstə uşaqların sənədlərini saxtalaşdıraraq qanunsuz olaraq evdətəhsilə cəlb edilmələri,

10. Məktəblərdə dərnək və əlavə məşğələlərin keçirilmədiyi halda ayrılan pulların mənimsənilməsi, saxta dərs bölgüləri,

11. Ümumtəhsil məktəblərində yanacaq üçün ayrılan pulların mənimsənilməsi,

12. Pandemiya və kəskin karantin dövründə 2019-cu ilin may, iyun aylarında və 56 günlük yay məzuniyyətindən qanunsuz olaraq "Qırmızı Aypara" cəmiyyətinin adına müəllim və texniki işçilərdən tutulmuş məbləğlər və s. yazmaqla, saymaqla qurtaran deyil.


Onu da qeyd edək ki, Seyran Novruzov "Qırmızı Aypara" cəmiyyəti adından hər ay qanunsuz yerə pul toplayaraq mənimsəyir.

Ardı var...

Qarşı yərəfin də mövqeyini dərc etməyə hazırıq.

Qaynarxett.az