Cəmiyyət emosional manipulyasiya ilə rasional müzakirə arasındakı fərqi aydın görür
“Son dövrlər xaricdə fəaliyyət göstərən "söyüş müxalifəti" yenidən eyni ssenarini təkrarlayır. Bu radikallar özlərini siyasi mübarizə aparan qüvvə kimi təqdim etməyə çalışsalar da, cəmiyyət artıq görür ki, onların arqument və proqram əvəzinə əsas silahları təhqir, böhtan, şantaj və şəxsi təhdidlərdir. Siyasi mübarizə aparmaq istəyən şəxs fakt və arqumentlə çıxış etməlidir, küçə leksikası ilə yox”.
Bu fikirləri Milli Məclisin deputatı Müşfiq MƏMMƏDLİ deyib.
O bildirib ki, diqqətçəkən məqam ondan ibarətdir ki, Azərbaycan dövlətinin rəsmiləri onların qarşısına çıxır, verilən sualları cavablandırır və mövqelərini əsaslandırırlar. Bunun fonunda isə radikal qrupların ciddi arqument ortaya qoya bilmədiyi, müzakirəni yenidən söyüş və təhqir müstəvisinə çəkməyə çalışdığı açıq görünür. “Sağlam siyasi mühitdə əsas meyar emosional çıxışlar deyil, faktlar, məntiq və ictimai maraqlara söykənən təkliflərdir. Hər hansı fikir ayrılığı təhqirlə deyil, əsaslandırılmış mövqe ilə cavab verməyi tələb edir. Məhz buna görə də cəmiyyət zaman keçdikcə emosional manipulyasiya ilə rasional müzakirə arasındakı fərqi daha aydın görür”, – deyə o əlavə edib.
Deputat qeyd edib ki, bu qrupların fəaliyyəti artıq siyasi mübarizə deyil, sosial şəbəkələrdə diqqət toplamaq naminə aparılan ucuz təxribat kampaniyasıdır: “Onlar müzakirənin mahiyyətindən yayınaraq qalmaqal yaratmağa, cəmiyyətin diqqətini süni gündəmlərə yönəltməyə çalışırlar. Eyni zamanda, Azərbaycanın maraqlarını müdafiə etmək əvəzinə, ölkənin beynəlxalq imicinə zərbə vurmağa çalışır, xarici dairələrin informasiya gündəminə xidmət edən xəyanətkar davranışlar nümayiş etdirirlər. Belə yanaşma nə siyasi mədəniyyətə, nə də demokratik debat prinsiplərinə uyğundur. Əksinə, bu üsul cəmiyyətdə qarşıdurmanı dərinləşdirir, sağlam dialoq imkanlarını zəiflədir və ictimai etimadı sarsıdır”.
M.Məmmədli bildirib ki, Azərbaycan cəmiyyəti çoxdan seçim edib. İnsanlar söyüş siyasətini deyil, nəticə verən siyasəti, məsuliyyətli mövqeni və arqumentə əsaslanan dialoqu dəstəkləyirlər. Kim özünü siyasi xadim hesab edirsə, təhqirlə deyil, proqramı, ideyası və faktları ilə rəqabət aparmalıdır. Söyüş, şantaj və təhdid heç vaxt siyasi fəaliyyətin meyarı ola bilməz və bu üsullarla cəmiyyətin etimadını qazanmaq mümkün deyil. Bu, son nəticədə həmin qüvvələri vətənə xəyanətə sürükləyir.
Deputat vurğulayıb ki, belə davranış tərzi həmin qrupların öz iddia etdikləri məqsədlərdən uzaqlaşmasına və cəmiyyətlə aralarındakı uçurumun daha da dərinləşməsinə səbəb olur: “Siyasi mübarizə yalnız milli maraqları üstün tutan, məsuliyyətli və konstruktiv fəaliyyət üzərində qurulduqda cəmiyyət tərəfindən qəbul edilir. Əks halda, davamlı təhqir və qarşıdurma ritorikası həmin qüvvələrin ölkənin maraqlarına zidd mövqe tutduqları barədə tənqidlərin güclənməsinə və ictimai etimadlarını daha da zəiflətməsinə gətirib çıxarır”.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
Siyasət









