Meşələrimiz bəzi dırnaq arası məmurların gəlir mənbəyinə çevrilib.
Respublika meşələrinin içində ən çox "soyqırıma" məruz qalan cənub meşələrimizdə adları "Qırmızı Kitab"a düşmüş qiymətli ağac növləridir.
Redaksiyamıza daxil olan çoxsaylı məlumatlarda bu "yaşıl soyqırım"ın başında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar kərimovla 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəisi Şakir Quliyevin durduğu bildirilir.
Necə olur ki, bir kasıb kəndçi həyətində bir yaş ağac kəsən zaman dərhal ekologiya işçiləri gəlib onu 1000 manat civarında cərimə yazırlar, amma meşələrdə olan kütləvi qırıntılar isə 100-200 manat civarında yüngül bir cərimə yazılaraq yola verirlər, yəni gizlədilir?!
Azerinfo.media xəbər saytına etibarlı mənbədən daxil olan məlumat görə,
Vüqar Kərimovun yaxın kadrı, Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Lerik meşələri üzrə mühəndisi "şpal Sərraf" ləqəbi ilə tanınan Sərraf Quliyevin özü cənub meşələrinə qənim kəsib. Bu şəxsin nə orta, nə də ali təhsili var, amma buna baxmayaraq "daydası" Vüqar Kərimovun sayəsində böyük bir vəzifə tutur.
06.03.2023-cü il tarixdə Sərraf Quliyevin Lerik meşələrindən çıxan işlik materialı tutulub Lerik Rayon Polis Bölməsinə aparılmışdı.
Hətta buna baxmayaraq Sərraf Quliyev 30.03.2023-cü il tarixdə qarlı havada belə meşələrdə olan qiymətli ağacları kəsdirir. Ərazidən çəkilmiş videogörüntü və fotoşəkillər bunu deməyə tam əsas verir.
Ümid edirik ki, yuxarı aidiyyatı orqranlar bu yazılarımızı nəzarətə götürüb bir tədbir görəcəklər.
Qarşı tərəfi dinləməyə hazırıq.










