Milli Məclisin deputatı, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının Baş katibi və Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Azər Allahverənov COJEP International təşkilatının nümayəndələri ilə keçirilən onlayn görüşdə iştirak edib.
Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə təşkil olunan görüşdə əsas məqsəd beynəlxalq təşkilatlarda şəbəkələşmə imkanlarının dəyərləndirilməsi və bu istiqamətdə mümkün əməkdaşlıq perspektivlərinin müzakirəsi olub.
Görüş zamanı çıxış edən Azər Allahverənov Türk Dünyası QHT-ləri arasında həmrəyliyin gücləndirilməsinin vacibliyini vurğulayaraq bildirib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platforması yarandığı gündən etibarən çoxtərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir. Onun sözlərinə görə, platforma vahid mövqedən çıxış edən birgə təşəbbüslərin reallaşdırılmasında maraqlıdır və bu fəaliyyət Türk Dünyası QHT-lərinin beynəlxalq təşkilatlarda təmsilçiliyinin daha da güclənməsinə xidmət edəcək.
Deputat qeyd edib ki, bu istiqamətdə növbəti institusional addımların atılması zamanı COJEP International təşkilatının təcrübəsi və təşkilati dəstəyi mühüm əhəmiyyət kəsb edə bilər.
Onlayn görüşdə Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İsgəndərli, COJEP International təşkilatının prezidenti Ali Gedikoğlu, Beynəlxalq Dialoq və İnkişaf Alyansının təsisçisi və sədri, COJEP International təşkilatının Avrasiya ölkələri üzrə koordinatoru Nüşabə Məmmədova da çıxış edərək beynəlxalq təşkilatlarda təmsilçiliyin genişləndirilməsi, mövcud şəbəkə imkanlarının bir araya gətirilməsi və türk dünyasının birliyi naminə birgə səylərin əhəmiyyətini vurğulayıblar.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət



