backend

Gəncə Dövlət Peşə Təhsil Mərkəzində NƏ BAŞ VERİR - Şahin Məhərrəmov mətkəzi ŞƏXSİ BİZNESİnə cevirib


Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 və 2 nömrəli Gəncə Peşə liseylərinin, 3 nömrəli Gəncə Peşə Məktəbinin birləşdirilməsi ilə yaradılıb. Hazırda mərkəzdə 22 ixtisas üzrə 982 tələbə təhsil alır. Mərkəzə publik hüquqi şəxs statusu verilib. Bu da mərkəzin maddi texniki bazasının zənginləşməsinə, işəgötürənlərlə yeni əməkdaşlıqlar qurulmasına töhfə verməlidi. Lakin...

Qaynarxett.az-a daxıl olan məlumatda bildirilir ki, qurulan əməkdaşlıqlar əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadr hazırlığı aparmağa imkan yaratmalı oldugu halda bu iş başlı-başına buraxılıb. sadəcə kagız üzərində hər şey qaydasıncadır. Lakin əslində isə tələbələrin istehsalat təcrübələrini birbaşa olaraq işəgötürən müəssisələrdə keçməsi "şirin xəyal"dır. Sadə bir yoxlama aparılsa bunun əyani şahidi olarsınız. 

Mənbə bildirir ki, mərkəzə rəhbərlik edən Şahin Məhərrəmov bu sahədə necə deyərlər "sac-saqqal" agardıb. O, Gəncədə peşə təhsilini ŞƏXSİ BİZNESİnə cevirib.

Sövetlər dağıldıqdan sonra uzun illər nəzarətsiz qalan reşə təhsili demək olar ki, tamamilə dağılmışdır. 20 ilə yaxın davam edən bu prosess son illər ölkə rəhbərliyinin ciddi tapşırığı ilə nəzarətə götürülüb, peşə təhsilinin inkişafı prioritet məsələyə çevirilib. Həmçinin qeyri-neft soktorunun inkişafında peşə təhsilinin rolu əsas məsələ kimi inkişaf planına salınıb. Peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi hazırlanıb və sairə...

Gəncə Dövlət Peşə Təhsil Mərkəzinə ayrılan küllü miqdarda dövlət vəsaiti necə olub? Ortada nə var və kimlər bu sahəyə ayrılan külli miqdarda pulu havaya sovurub? Kimdir bu adamlar? Dövlət başçısının nəzarəti altında olan bu sahəyə ayrılmış külli miqdarda vəsait hara yoxa çıxıb? Bunu edənlər həbs olunacaqmı?

Gəncə Dövlət Peşə Təhsil Mərkəzində şagirdlər necə istismar olunur? Burada Peşə Təhsili maxinasiyaları necə həyata kecirilir?

Bu sahəyə yönəldilən investisiyalar, layihələr ücün ayrılmış küllü miqdarda vəsait necə mənimsənilib? VƏ SAİR...

Mənbənin verdiyi kifayət qədər ciddi mətləblərlə bağlı silsilə yazılar yaxın günlərdə oxuculara təqdim olunacaq.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Qaynarxett.az