backend

Xalq artisti Rasim Balayevdən haqqında səsləndirilən tənqidi fikirlərə CAVAB: "Axmaq, əhəmiyyətsiz, səviyyəsizdilər"...

Xalq artisti Rasim Balayev Əməkdar incəsənət xadimi Ayaz Salayev və Xalq artisti Şeyx Əbdül Mahmudovun onun haqda səsləndirdiyi tənqidi fikirlərinə münasibət bildirib.


Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri mtbuata açıqlaması zamanı ona irad bildirən rejissorlara cavab verib:


“Onlara nə cavab verim? Axmaq, səviyyəsiz adamlardır. Məni camaat seçib. Özü də bizdə legitimdir, o birisi təyinatladır. Onlara cavab vermək istəmirəm. Əhəmiyyətsiz insanlardır. Hər dəqiqə bir dondan o birinə girən adamlardır. Bu haqda heç nə deyə bilmərəm”.