backend

Sabirabadda qazinin intiharı CAMAATI QƏZƏBLƏNDİRDİ: Başçının müavini DÖYÜLDÜ - ŞOK TƏFƏRRÜAT

Məlum olduğu kimi, Sabirabad rayonunun Cavad kəndində yaşayan 36 yaşlı Vətən Müharibəsi qazisi Manafov Maşallah Gülağa oğlu dünən özünü asaraq intihar edib. Bildirilib ki, o, Sabirabad Rayon İcra Hakimiyyətinin inzibati binasını tərk etdikdən sonra bu addımı atıb.

Qeyd edək ki, DİA.AZ bu intihar hadisəsi ilə bağlı diqqətçəkən faktlar əldə edib. Məlumata görə, 1986-cı il təvəllüdlü Maşallah Mənəfov heç də Sabirabda RİH tərəfindən iddia edildiyi kimi, öz həyətində yox, "Qoşa turba" adlanan ərazidə, qardaşına məxsus olan torpaq sahəsində canına qıyıb.




Mərhum qazimizin intihar etdiyi gün icra hakimiyyətində görüşdə olub-olmaması ilə bağlı iddialara gəlincə isə, bu da faktdır və bu barədə rayondakı qaynaqlar məlumat verərək bildiriblər ki, aylardır işlə təmin olunmağını istəyən Maşallah Mənəfov eyni zamanda yerli RİH-dən bir otaqlı evinin dam örtüyünün təmir olunmasına yardım da istəyib.

Lakin göründüyü kimi ona rədd cavabı verilib. Onu da bildirək ki, dünən Sabirabad RİH açıqlama yayaraq Maşallah Mənəfovun RİH-də görüşdə olmadığını iddia edib.


Sabirabaddan daha bir maraqlı məlumat əldə etmişik. DİA.AZ-a bildirlənə görə, baş vermiş intihar hadisəsi Sabirabad sakinlərinin hiddətinəı səbəb olub. Və bu olaydan xüsusi olaraq qəzəblənən sabirabadlı Qarabağ Qaziləri Sabirabad rayonu Cavad kənd bələdiyyəsinin sədri Ağahəsəni belə mərhumun yas yerindən qovublar.

Daha bir insident isə mıərhum qazimizin məsciddə yuyulmasında yaşanılıb. Rayondakı mənbə bildirir ki, öz suçlarını əməllicə hiss edən Sabirabad icra hakimiyyətinin nümayəndəsi olaraq başçının müavini Həsən Həsənov cavad kənd məscidinə gəlib və mərhumun yuyulması zamanı Qazilər Həsən Həsənovun üzərinə hücum çəkiblər, yalnız polis müdaxiləsindən sonra başçının müavinini Qazilərin əlindən almaq mümkün olub.


Bütün bu iddia olunanlarla bağlı dia.az olaraq Sabirabad RİH-lə əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Yenə də qarşı tərəfi də dinləməyə hazırıq...