
Daha sonra narazı vətəndaş yazır: "Kart məndə, kartın mobil tətbiqi məndə, son 1 həftə ərzində kartı istifadə etməmişəm və tətbiqdə də hər hansı cəhd göstərilmir.
Bankın əməkdaşından bunun necə ola biləcəyini soruşuram, amma mənə "bilmirəm" - deyərək cavab verir.
Belə problemlərə görə artıq uzun müddət idi ki, "Kapital kart"ımı istifadə etmirdim, təzəlikcə maaş kartım bu banka aid olduğuna görə məcbur istifadə etməli oldum. Amma belə olması nə deməkdir?"
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...