backend

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi dələduzluq yuvasıdırmı? - ŞİKAYƏT

Qaynarxett.az-a Abşeron rayonunun Gənclər şəhərciyində yaşayan Usubova Məhrubə Rzaxan qızı tərəfindən şikayət ərizəsi daxil olmuşdur. Şikayətci bildirir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Yollarin mühafizə xidməti üzrə mütəxəssis vəzifəsində işləyən Həsənov Süleyman Teymur oqlu ona qarşı dələduzluq edərək 800 AZN pulunu mənimsəyib: "Həsənov Süleyman Teymur oqlu 1ildirki məndən 800 azn alıb ki, tanışım Elnurun pensiya işini həll edəcək, amma Süleyman hər dəfə bizi aldadır. Bir müddət mənimlə telefon əlaqəsi yaradib, "narahat olma düzələcək" dedi, sonra mən ona zəng edəndə "işə başim qarışıb, iclasdayam", "rəisin qəbulundayam" deyərək məni aldatmaga başladı. Sonra isə telofonu birdəfəlik söndürdü. Süleymanla əlaqə qura bilmədiyimdən iş yerinə, yəni Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə getdim şikayət ərizəsi yazdım. Şirkətin hüquqşunası məni qəbul etdi və məsələni araşdırıb tədbir görəcəklərni dedi. Bir müddətdən sonra hüquqşünasla əlaqə yaratdım, dedi ki, Həsənov Süleyman Teymur oqlu bizim şirkətdə işləmir.  Amma araşdırma apardım məlum oldu ki, həmin şəxs şirkətdə Yollarin mühafizə xidmətində mütəxəssis vəzifəsində işləyir. Özü də ona 26.02.2016-cı il tarixində dələduzluq etdiyi ücün 178.3.2.70 ilə həbs cəzasi kəsilib. cəzalandırılmagına baxmayaraq Həsənov Süleyman yenə də insanları aldadaraq dələduzluq edir."

Şikayətci bildirir ki, məcbur olaraq Həsənov Süleyman Teymur oqlunu onu aldatdıgına görə Nəsimi rayonu 19-cu Polis bölməsinə şikayət ərizəsi verib: "Polisdə mənə deyirlər ki, Həsənov Süleyman Teymur oqlu xəstəliyi ilə əlaqədar bülletenə cıxıb. Aylar kecir Süleyman isə polisə gəlməkdən belə yayınır. Belə cıxır ki, onun arxasında mühüm vəzifəli şəxs dayanır. Necə olur ki, dövlət şirkətinin hüquqşünası yalan danışır, Həsənov Süleyman Teymur oqlunun şirkətdə işləmədiyini bildirir. Necə olur ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədov dələduzluq üstündə həbsdə olmuş adamı mühüm vəzifəyə təyin edir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi dələduzluq yuvasıdırmı?"

Sonda şikayətci Usubova Məhrubə Rzaxan qızı Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov və Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev cənablarına müraciət edəcəyini bildirir.

Qarşı tərəflərin də mövqeyini dərc etməyə hazırıq.


Qaynarxett.az