backend

Vüsal Kərimli dövlətin milyonların kimə yedirdir… – qalmaqalı şirkət və məhkəmə işi

Bakıdakı dayanacaq pavilyonlarındakı çatışmazlıqların aradan qaldırılacağı, bəzi dayanacaqların sökülməsi və yenilərinin alınıb quraşdırılması planlaşdırılır.Bakı Nəqliyyat Agentliyi balansında olan dayanacaq pavilyonlarında mövcud olan çatışmazlıqların aradan qaldırılması məqsədilə lazım olan mal, iş və xidmətlərin satın alınması; mövcud bəzi dayanacaqların sökülməsi və quraşdırılması işlərinin satın alınması; habelə, yeni dayanacaq pavilyonlarının satın alınması və quraşdırılması ilə bağlı keçirdiyi tenderi yekunlaşdırıb.

Bununla bağlı cumhuriyyet.az olaraq əldə etdiyimiz məlumata görə tenderin qalibi “SM Construction Supplies” MMC-dir. Bakı Nəqliyyat Agentliyi qalib şirkət ilə məbləği 2 milyon 340 min 394 manat olan müqavilə imzalayıb. 2018-ci ildə dövlət qeydiyyatına alınmış və 88,5 min manat nizamnamə kapitalı olan “SM Construction Supplies” MMC-nin qanuni təmsilçisi Ehtiram Heydərlidir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən “SM Construction Supplies” MMC 20 avqust 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Cavadxan küçəsi, ev 70, mənzil 19-da yerləşir. MMC-nin qanuni təmsilçisi isə Heydərli Ehtiram Etibar oğludur.


Məsələ ilə bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmalar zamanı MMC-ilə bağlı yalnız Koronavirusla Mübarizə Fonduna 500 AZN köçürməsi barədə məlumata rast gəldik. Şirkətin qanuni təmsilçisi Ehtiram Heydərliyə gəlincə, onun adı iki məhkəmə çəkişməsində keçir. Bunlardan biri Novruzov Azad Pərviz oğlunun avtomobilin geri alınması, digəri isə “Bank Standart”ın kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi əsasında baş tutan məhkəmə işidir. Ehtiram Heydərli hər iki işdə cavabdeh qismində çıxış edir. Birinci işdə iddia təmin edilsə də, ikincidə baxılmamış saxlanılıb.
 //cumhuriyyet.az//