backend

Biləsuvarda Ağalıkənd bələdiyyəsinin sədri Ülfət Bağırovun qanunsuzluqları sərhəd tanımır

Məlumdur ki, Biləsuvar rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyev 2020-ci il aprelində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs edildi. Və sonda məhkəmənin hökmü ilə Mahir Quliyev 11 il azadlıqdan məhrum olundu.
Qəribəsi odur ki, Mahir Quliyevə qarşı Cinayət Məcəlləsinin 4 maddəsi ilə hökm oxunub. Axı, sabiq icra başçısı Mahir Quliyev “əjdaha” da olsa belə bu boyda cinayət əməllərini təkbaşına törədə bilməzdi. Deməli, onun cinayət ortaqları, cinayət şərikləri var.

Sabiq icra başçısı Mahir Quliyevin cinayət əməllərinə ortaq olan şəxslərdən biri də rayonun Ağalıkənd bələdiyyəsinin sədri Bağırov Ülfət Cahangir oğludur.

Bələdiyyə sədri Ülfət Bağırov kəndin necə sakininə qarşı qanunsuzluq edir. Birinin halal-hümmət torpagını başqa kənddən olan birisinə satır. Bala-bala özünə pul qazanır, ona buna görə gözün üstə qaşın var deyən olmur. İş dolaşıga düşəndə minnət-sünnət torpagı qaytarır sahibinə. Ara sakitləşəndə yenə gözü hec nəyi görmür, bu səfər həmən torpagı başqa bir vətəndaşa satır. Qazandıgını da dədəsinin malı kimi qoyur cibişdana.

Görəsən, Ülfət Bağırova kim icazə vermişdi ki, bir bələdiyyənin torpağını başqa bələdiyyənin sakininə satsın. ƏLBƏTTƏ ONDA GÜC-QÜVVƏT VERƏN VARDI- MAHİR QULİYEV. İndi sabiq başcı qazamatdadır. Bəs, Ağalıkənd bələdiyyəsinin sədri Bağırov Ülfət Cahangir oğlu niyə agasının yanında deyil. Bax əsil müəmma bundadır!!!

Kənd sakinlərinin dediklərinə görə, kəndin ümumi istifadəsində olan 5 hektar fond torpağı idman meydançası üçün istifadə edilib.
Hazırda bələdiyyə sədri Ülfət Bağırov həmin meydançanın 3 tərəfindən torpaqları kəsib fərdi ev tikintisi üçün müxtəlif şəxslətə satıb. Və nəticədə o boyda meydançadan ortada cəmi 0.75 hektar torpaq qalıb. Görəsən Ülfət Bağırova fond torpağını ev tikmək üçün vətəndaşlara satmağa da Mahir Quliyev cənabı icazə verib..?

İdman meydançasını satıb doymayan Ülfət Bağırov sonra da Yuxarı Ağalı kəndi ilə sərhəddə olan kənd təsərrüfatı təyinatlı təxminən 7 hektar torpaq sahəsini də fərdi ev tikintisi üçün sakinlərə satıb.

Sözün qısası, Ülfət Bağırov əsl torpaq maklerinə çevrilib. Və vətəndaşlara məxsus qanuni pay torpaqlarını sataraq külli miqdarda pul qazanıb. İndi isə həmin pay torpaqlarının sahiblərinə deyir ki, gəlin sizə örüş sahəsindən torpaq verim.

İndi sabiq icra başçısı Mahir Quliyev türmədədi, Ağalıkənd bələdiyyəsinin sədri Bağırov Ülfət isə cöldə... Üstəlik yenə vəzifə başındadı, bazarı da xod gedir. Toylarda yeyib-icir, saga-sola pul xərcləyir. Sən demə bələdiyyə sədri həm də qumarbaz imiş...

Yazı çapa hazırlanarkən Ülfət Bağırova dəfələrlə zəng açıb, mövqeyini açıqlamağı istəsək də bütün cəhdlərimiz boşa çıxdı.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq./gundelik-baki.com/