backend

AZƏRBAYCANLI ŞİRNİYYAT ALVERÇISİ NAZIM QASIMOV “QARABAĞ” KONFETİNİ NİYƏ SEVMİR? - Ağzımızın dadını qaçıranlar….

Paytaxtın Babək prospekti 31H, Rich Plaza ünvanda yerləşən “NANT» MMC-nin baş direktoru Nazim Qasımovdur. Şirniyyat məhsullarının distribyutor şirkəti kimi tanınan “NANT” məşhur «KONTI», «Chipita», «7Days», «Chipicao», «Fineti», «Rot-Front», «Krasnıy Oktyabr», «Babayevskiy», “Sladkoe sozvuçiye” və “Zolotaya liliya” və başqa populyar brendlər olan qənnadı məhsullarının ölkədaxili satışı ilə məşğuldur. “NANT” MMC əsasən Rusiya istehsalı olan “Vizit” , “Alenka” , “Mişka kosalapıy” , “Krasnaya şapoçka” , “Osenniy vals” və “Mişka kosalapıy medovıy qrilyaj” və digər konfetləri Dağıstandan alıb Azərbaycana gətirir və ölkəmizdəki “Araz”, “Rahat” supermarketlər, “Bazarstore” və digər mağazalar şəbəkəsində satdırır.

Amma son dövrlər Rusiya – Ukrayna müharibəsi ilə əlaqədar Rusiyanın qənnadı fabriklərinin şirniyyat məhsulları bahalaşmışdır. Rusiyanın «Permskaya» qənnadı fabrikinin baş direktoru Boris Şvaytserin sözlərinə görə baş verən ümumi iqtisadi vəziyyət səbəbindən qiymətlər ən azı 15% artmışdır: «Bu, ilk növbədə, valyuta məzənnəsinin artması ilə əlaqədardır. İstifadə etdiyimiz və xaricdə istehsal olunan xammalın dəyəri rubla deyil, avroya bağlanır. Həmçinin, 40% bahalaşan qəndə də xərclərimiz artıb. Bundan əlavə, banklar kreditlər üzrə faiz dərəcələrini əhəmiyyətli dərəcədə artırıblar», — Şvaytser qeyd edib.
Təbii ki, bu vəziyyət Rusiya qənnadı məhsullarının ixrac edildiyi Azərbaycandan olan distübutorlarının, o cümlədən “NANT” şirkətinin də fəaliyyətinə mənfi təsir edib. Bununla belə şirkət öz internet resurslarında bir çox Rusiya məhsullarına faiz endirimləri tətbiq etdiyini paylaşır. Belə olan halda haqlı sual meydana çıxır: Bahalaşan məhsulları alıb ucuz satmaq şirkətə necə sərf edir?
İlk növbədə ağıla gələn fikir budur ki, “NANT” şirkətinin köhnə, vaxtı keçmiş qənnadı məhsullarını satdığı barədə yayılan informasiyalar doğrudur. Bundan başqa, bildirilir ki, şirniyyat məhsullarının daşınması və əsas müştəriyə çatdırılması zamanı bir sıra qaydalara əməl olunmur. Yükləmə üçün təhciz edilmiş avtomobilin soyutma və havalandırma sistemləri normal deyil, standartlara uyğun işləmir. Yük bölməsinin daxili sahəsi kənar qoxulardan təmizlənmir, sanitar-gigiyenik qaydalara riayət edilmir. Çatdırılmanın bütün mərhələsində müəyyən edilmiş temperatur və rütubət səviyyəsi saxlanılmır.
Hələ bir neçə il əvvəl Rusiyanın Sibir regionundakı “Sladunitsa” şirniyyat şirkətinin “Qarabağ” adı daşıyan konfetlər istehsal etdiyi barədə xəbər yayıldı.  “Sladunitsa” ASC-nin baş direktoru Yuliya Şestakova, marketinq xidmətinin rəhbəri Anastasiya Perminova xəbəri təsdiqləmişdilər. Perminova şirkətin sahiblərinin Qazaxıstan vətəndaşı olan etnik ruslardan ibarət olduğunu və “Sladunitsa” şirkətinin rəhbərliyində erməni, yaxud azərbaycanlı şəxslərin çalışmadığını demişdi. Ancaq çox təəssüflər olsun ki, Nazim Qasımovun Rusiyadan Azərbaycana “Qarabağ” konfetləri gətirməyə vətənpərvərliyi çatmadı. Səbəb bəllidir: Sibir Dağıstandan çox uzaqdır!
Deryaz.az