backend

Uşaq bağçası, yoxsa soyğunçuluq ocağı? – RÜŞVƏT, QANUNSUZLUQ - Qaradağ rayon 20 nömrəli uşaq bağçasından ŞİKAYƏT

Qaradağ rayon 20 nömrəli uşaq bağçasına gedən yol Sevinc Qəhrəmanovanın rüşvət qapısından keçir…

20 nömrəli uşaq bağçasında “ölü canlar” ...

Yazını bir jurnalist kimi öz adımdan yox, narazılığı olan bütün valideynlər adından yazmağı qərara aldım. Bu gün valideyn olaraq mənim durumumda olan bir çoxları var!

Valideyin deyir ki, 20 nömrəli uşaq bağçasına iki uşaq qoymuşam, ikisi də "hörmətlə". Yalandan deyirlər ki, yer yoxdu, amma “hörmət” edən kimi yer tapılır". Digər valideyin deyir ki, oğlum 1 yaşından uşaq bağçasına gedib. Dedilər, yer yoxdu, pul verdik, yer "boşaldı".

Uşaqlar bizim gələcəyimizdir. Məktəbəqədər təhsil müəssisələri, bağçalar uşaqların ailədən cəmiyyətə inteqrasiyası yolunda ilkin mərhələdir. Burada yol verilə biləcək hər hansı əyinti sonradan dərin fəsadlara yol aça bilər. Təbii və anlaşılandır ki, valideynlər övladlarının taleyinə heç bir başqa şəxslə müqayisə edilməyəcək dərəcədə həssas yanaşır, uşaqlarına müəssisə rəhbərlərindən, tərbiyəçilərdən qayğı göstərilməsini umurlar. Rastlaşdıqları bürokratik əngəllər onların gözünə neqativ hal kimi, ciddi qanunsuzluq kimi görünür, söz-söhbətlərə səbəb olur. Haqlıdırlar, çünki üzləşdikləri bürokratik maneələr korrupsiya motivlidir və onları rüşvət verməyə məcbur etmək üçün hesablanıb.

Məktəbəqədər təhsil müəssisələrinin icra hakimiyyətlərindın alınıb Elm və Təhsil Nazirliyinin balansına verilməsindən sonra uşaq bağçalarında maddi-texniki bazanın vəziyyətinin nisbətən yaxşılaşması barədə fikirlər səslənirdi. Amma hələ də uşaqların təlim-tərbiyə, təhsilinin keyfiyyəti problemləri aktual olaraq qalır. Üstəlik bura əksər bağça müdirləri ilə bağlı yeyinti və qanunsuz əməllərini də əlavə etmək lazlmdır.

Ötən müddət ərzində xeyli sayda bağça müdirləri işdən azad edilib, haqqında araşdırma aparılan şəxslər də var./Azerinfo.az/