backend

Özü və oglu Qarabag müharibəsi iştirakcısı olan ata: "Günahım olmadan İlqar Hüseynov mənə 500 manat cərmə kəsdi"

İsmayıllı rayonunun Zoğallıq kənd sakini Əzizov Isfahan Nəgram oğlu BİA.az-a şikayət məktubu göndərib. Şikayətci yazır:

"Mən və oğlum Qarabağ ugrunda döyüşlərin iştirakçısıyıq. Hər zaman dövlətçiliyin keşiyində durmuşuq və duracağıqda. Mən Quşencə kənd bələdiyyəsindən və kənd nümayəndəsindən böyük hektarlarla meşə ərazisində qırıntı işləri aparmağla və sonra həmin ərazidə taxıl əkməklə, həmin ərazidə qanunsuz hasar çəkmələri barədə aidiyatı orqanlara müraciyyət etmişəm. Sonra nədənsə İsmayıllı rayon məhkəməsinin hakimi İlqar Hüseynov tərəfindən məhkəməyə çağrıldım.

Məhkəmənin həyətində hakim İlqar Hüseynov mənə bildirdi ki, səndən kəndinizin icra nümayəndəsi və bələdiyyə sədri şikayət ərizəsi yazıblar. Orada qırıntı işləri aparmısan. Mən ona bildirdim ki, qırıntı işlərini və həmin yerə taxıl əkinini onlar edib və bu barədə də mən bir neçə yerə rəsmi məlumat vermişəm. Hakim İlqar Hüseynov isə mənə dedi ki, indi sənə ya 10 sutka həbs verəcəm, ya da bu şəxslərdən üzr istəməsən yoxsa 500 manat cərmə kəsəcəm sənə. Mən də ona cavab verdim ki, dediklərnizin heç biri ilə razılaşmıram, ona görə ki, həmin şəxslərin özləri bu işə məsuliyyət daşıyırlar.

Sonra məhkəmədə hakim İlqar Hüseynov mənə 500 manat məbləğində cərmə kəsdi. Elə oradaca mən yenidən hakimə iradımı bildirdim, eyni zamanda məhkəmə prosesi zamanı oğlumun və özümün müharibə iştirakçısı olmağımızı və daha bir oğlumun hal-hazırda hərbə xidmətdə qulluq etdiyini dedim. Hakim isə kobudcasına bildirdi ki, onun mənə heç bir dəxli yoxdur. Belə də ki, kimə, hara istəyirsən gedib şikayət edə bilərsən. Bildirirəm ki, ədalətə, haqqa və qanuna qarşı çıxan, insanlarla kobud rəftar edən belə bir hakimin qərarı da özü kimi haqsız və ədalətsiz olar.

Hörmətli redaksiya, xahiş edirəm ki, mənim bu şikayətimi ictimailəşdirəsiniz ki, aidiyyatı qrumlar tərəfindən İsmayıllı rayon məhkəməsinin hakimi İlqar Hüseynovun bu hərəkətləri, qanunlara qarşı olması, mənəm-mənəmliyi barədə ciddi tədbir görülsün və mənə qarşı olan bu ədalətsizlik aradan qaldırılsın."

Hörmətlə:Əzizov Isfahan Nəgram oğlu
İsmayıllı rayon Zoğallıq kənd sakini.

Şəxsiyyət vəsiqəmin seriyası
AZE  N-°13592348

BİA.az olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.