backend

Tovuzda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən sürücü hakim qarşısına çıxarılır

Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Bayram İsgəndərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Demokrat.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Zaur Hünmətovun icraatına verilib.  Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında baş verib. VAZ 2107 markalı avtomobil “Mercedes” markalı mikroavtobusla toqquşub. Hadisə nəticəsində minik avtomobilində olan sərnişin, 1976-cı il təvəllüdlü Bayramlı kənd sakini Asif Alıyev dünyasını dəyişib, oğlu, 2001-ci il təvəllüdlü Mansır Alıyev müxtəlif bədən xəsarətləri alıb. Hadisəni törətməkdə şübhəli bilinən B.İsgəndərova qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.