backend

4 İldir Şamaxı rayon sakini zəlzələdə uçma təhlükəli olan evdə ölümlə üz-üzə qalıb - FOTO/VİDEO

Şamaxı İcra Başçısı Tahir Məmmədov niyə sakinlərin problemləri ilə maraqlanmamaqdadır...?

Vətəndaş rayon qurumlarından əli üzüldüyündən media qurumları vasitəsi ilə Prezident İlham Əliyevə müraciət etmək qərarına gəlib. Vətəndaş qeyd edir ki, ölüm təhlükəsi ilə üz üzə qalmışam. Lakin qurumlar mənim ölümümdən sonra təmir edəcəkləri mənzilə yalnız yas mərasimimi keçirilməsi üçün qonşuların yığışmasına yarayacaq hərəkətlərinə ehtiyac duymuram. Bu gün sağam amma sabaha sağ çıxıb çıxa bilməyəcəyim şübhə altındadır.






ULUTV.İNFO xəbər verir ki, Şamaxı rayon sakini Əhmədov Sahib Samid oğlu rayonun idarə heyətindən narazılığın bildirib. O, qeyd edir ki, FHN və İcra Başçısı və digər qurumlara etdiyi müraciətlərə cavab yazılı alsada əməldə isə heç bir nəticə yoxdur. Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin sədri Cəbrayıl Xanlarova dəfələrlə müraciət edilsədə məktublar sadəcə yönləndirilərək şablon cavablar verilməkdədir. Azərbaycan Respublikasının Prezidentinin baş vermiş qəzalarla bağlı mütamaddi Sərəncamlar verməsinə baxmayaraq qurumlar məslələrə tam şəffav nəzarət etmədiyi və icra edilməsi yönündə heç bir hərəkət olmadığı 4 il müddəti vətəndaşın yaşadığı yaşayışından məlumdur.

Şamaxı rayon İcra başçısı Tahir Nadir oğlu Məmmədov vətəndaşın düşdüyü durumla bağlı bir gün olsun maraqlanmayıb. Görən tərtib edilmiş siyahıda kimlər hansı yollarla fəalkətdən deyil özünün qondarma iddiasını təmin edib. Başçı isə bu qədər narazı vətəndaşları görməməzilikdən gəlir. Bir icra başçısı rayonunda tərtib edilmiş qqəzalı mənzillərin həqiqətdə qəzalı olub olmamasını görmədən kimlərə hansı yollarla məsələ ilə məşğul olmaq tapşırıqları verə bilir?