backend

TAP – TAPMACA

TAP – TAPMACA





















1. O hansı partiyadır,
Əvvəli yedək olub,
Sonradan gödək olub
Bakılıları əzməyə,
Sədrinə kömək olub?

2. Altından neft içirlər,
Üstündən pul biçirlər,
O hansı məmləkətdir,
Xalqsız vəkil seçirlər?

3. Əlində var dəyənək.
Əynində zireh köynək
Millətinin başını
Yaran kimdir de görək?

4. Xəstəsənsə çarən pul,
Pulun yoxdur oldun qul.
O hansı nazirdi ki,
Pulu min eşşəyə çul?

5. Nazirə bax, nazirə,
Hər şey gəlir hazıra
Deyin görüm kimdir o
Rüşvət alır naz ilə?

6. Bu yanı "EM" o yanı "KA",
Başdan ayağa saxta
"ES" qalarsa ortada,
Saxtakarı kim tapa?

7. Bapbalaca boyu var,
Bakı boyda toyu var.
O hansı məmurdu ki,
Gündə min cür oynu var?


8. Atəşkəsdir, atəşkəs
Vuruşanın əlin kəs
O hansı zabitdir ki,
Deyər "əsgər əlin kəs"?

9. Mis deyil kövrəkdir o
Təhsilə örnəkdi o
O hansı nazırdi ki,
Rüşvətə gərəkdir o?