Erməni terroru nəticəsində həlak olan polis əməkdaşı Ramil Şirinov dəfn olunub - VİDEO (tam)
4 213
Sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən terror aktı nəticəsində həlak olan polis əməkdaşı Ramil Şirinov dəfn olunub.
Qaynarxett.az xəbər verir ki, mərhumun nəşi Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılıb.
DİN-in əməkdaşı Həzi Aslanov mərhumun tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağını onun dayısı Qüdrət Həsənova təqdim edib.
Aşagıda xüsusi müxbirimiz Veysəl Əylislinin video-reportajını oxucularımıza təqdim edirik: