backend

Xaçmaz təhsilindən acınacaqlı MƏNZƏRƏ... - "30 ildir ki..."

"Bura Xaçmaz rayonunun Qobuqıraq məktəbidir.

Xaçmaz təhsilindən acınacaqlı MƏNZƏRƏ...

400 dən çox şagird burda təhsil alır... Biz müəllimlər bu məktəbin orasın-burasın öz hesabımıza təmir etməklə, burda neçə-neçə bayramlar kecirməklə ölkəmizin qüdrətindən danışmaqla, 30 ildir dünyanın ən böyük yalançısına dönmüsük.

Şagirdlər, valideynlər dəfələrlə bizə irad tutanda ki qüdrətli ölkənin belə məktəbi olarmı... deyəndə, biz Qarabağ kimi böyük dərdimiz olduğunu bəhanə gətirirdik.

Yaxşı indi Laçında müasir keçi tovləsi tikən hökumət nümayəndələri niyə bu məktəbi tikməyi düşünmürlər? 30 ildir - hər il on dəfələrlə bu barədə respublikanın əlaqədar təşkilatlarına şəxsən mən müraciət etmişəm...

Nə düşünürsünüz? Bu qədərdə biganəlik olarmı?"

Xaçmaz təhsilindən acınacaqlı MƏNZƏRƏ...

Müəllif: Səbinə Rasim İctimai fəal
Təqdim etdi: DİA.AZ (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...