
Ümumiyyətlə burada xəstəxananın adı var, ancaq özü yoxdur.
Tanrıqullar kəndi Yevlax rayonunun ən böyük kəndidir. Kənddə olan orta məktəb və xəstəxana 30-40 il bundan qabaq tikilsə də, bu günə qədər heç biri bir dəfə də olsun təmir olunmayıb.

Belə xəstəxanalar özləri xəstəlik mənbəyidir. Virus üçün əlverişli şərait var, əgər virus ağılll olub o xəstəxanaya üz tutsa, orada istənilən qədər nəticə əldə edə bilər. Xəstəxanada çünki heç bir qaydalara əməl olunmur, heç bir qayda-qanundan söhbət gedə bilməz. Biz dua edək ki, bura insanların yolu düşməsin, heç vaxt düşməsin.
ARAŞDIRMAMIZ DAVAM EDİR
Qaynarxett.az