Xəbər verdiyimiz kimi, Sabunçuda ötən gecə tunelə yağış sularının dolması nəticəsində 2 nəfər boğularaq ölüb.
Axar.az “Unikal”a istinadən xəbər verir ki, həmin tunel “Körpü Bina Tikinti” MMC tərəfindən inşa edilib.
Tunelin açılışı 2020-ci ildə olub.
Qeyd edək ki, “Körpü Bina Tikinti” MMC-nin direktoru Xəlil Göyüşovdur.