1993-cü il oktyabrın 3-də Azərbaycan xalqı taleyüklü seçim etdi və ümummilli lider Heydər Əliyevi ölkənin Prezidenti seçdi. Bu gün müstəqil Azərbaycanın tarixində dönüş nöqtəsi oldu. Xalqın iradəsi ilə dövlətin möhkəm təməli qoyuldu, ölkənin gələcək inkişafı üçün yeni mərhələ başlandı.
Heydər Əliyev Prezident kimi and içərək xalqa xidmət etməyi özünün ali məqsədi elan etdi. Onun qətiyyətli siyasəti sayəsində ölkədə ictimai-siyasi sabitlik bərqərar oldu, iqtisadi islahatlara start verildi, enerji layihələrinin əsası qoyuldu. “Əsrin müqaviləsi”, ordu quruculuğu, yeni Konstitusiyanın qəbulu Azərbaycanın dövlətçiliyini daha da möhkəmləndirdi.
Ulu öndər həmçinin milli ideologiyanın – azərbaycançılıq məfkurəsinin banisi oldu. Onun sözləri ilə desək: “Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, yenilməzdir, sarsılmazdır.” Bu ideya xalqın birliyi və dövlətin əbədiliyi üçün möhkəm əsas yaratdı.
Heydər Əliyevin həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət Azərbaycanın beynəlxalq nüfuzunu artırdı, ölkəni qlobal enerji və əməkdaşlıq layihələrinin mühüm iştirakçısına çevirdi.
Bu səbəbdən 3 oktyabr 1993-cü il təkcə bir seçki günü deyil, həm də müstəqilliyimizin qorunması və gələcək inkişafı yolunda xalqın düzgün seçim etdiyi tarixi gündür.
Ülviyyə Həmzəyeva
Milli Məclisin deputatı
OXŞAR XƏBƏRLƏR
gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət
gundem / Siyasət
gundem / Siyasət
gundem / Siyasət
Siyasət
Siyasət
Siyasət
---