Qaynarxett.az xəbər verir ki, layihə çərçivəsində 50-dən çox hekayə müzakirə olundu. Bütün hekayələr layihənin tərəfdaşı modern.az saytında dərc olunaraq ictimaiyyətin müzakirəsinə verilibdir. Müzakirə Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının sədr müavini, Atatürk Mərkəzinin direktoru, filologiya elmləri doktoru, akademik Nizami Cəfərov, ADPU Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor, şairə Mahirə Nağıqızı, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı, tarix üzrə fəlsəfə doktoru, layihənin müəllifi Məlahət İbrahimqızı, Qərbi Azərbaycan İcmasının İdarə Heyəti Sədrinin müavini, Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu, Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs qrupunun üzvü, Milli Məclisin deputatı Səbinə Salmanova, Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru Mehriban Vəliyeva, Milli Məclisin deputatı, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda şöbə müdiri, filologiya elmləri doktoru, tənqidçi-ədəbiyyatşünas Elnarə Akimova, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü, Azərbaycan Türkiyə Evi və Azərbaycan Türk Qadınlar Birliyinin sədri, Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru Tənzilə Rüstəmxanlı, ASKEF Avrasiya Sənət, Kültür və Ədəbiyyat Federasiyasının Qafqaz və Orta Asiya üzrə təmsilçisi, Prezident təqaüdçüsü Sona İsmayılova, “Modern.az” İnformasiya Agentliyinin sədri Elşad Eyvazlı, Qərbi Azərbaycan İcmasının elmi işçisi Şəmsi Qoca kimi respublikamızın çox tanınmış ədəbiyyatçıları, tənqidçiləri, alimləri, publisist və ekspertləri tərəfindən keçirildi. Müsabiqənin şərtlərinə uyğun olaraq, bu hekayələrin içərisindən 1-ci, 2-ci, 3-cü və həvəsləndirici yerlər müəyyənləşdi. Müsabiqə qaliblərinin mükafatlandırılma mərasimində, müsabiqəyə təqdim olunmuş hekayələrdən ibarət kitab da çap olunacaqdır.











