backend

ŞOK: Hökumətə böhrandan çıxış yolu kimi icra hakimiyyətlərinin ləğvi təklif olundu - Səlahiyyətlər bələdiyyələrə ötürülür…

ŞOK: Hökumətə böhrandan çıxış yolu kimi icra hakimiyyətlərinin ləğvi təklif olundu - Səlahiyyətlər bələdiyyələrə ötürülür…














Son günlər bir sıra dövlət qurumlarının, iş yerlərinin ləğvi, ixtisarı prosesi gedir ki, bu da ekspertlər tərəfindən hökumətin «kəmərsıxma əməliyyatı» kimi dəyərləndirilir

Yəni rəsmi Bakı neft böhranının fəsadlarının ümumölkə miqyasında hiss olunmaması naminə bu cür addımları atmaqla vəziyyətdən çıxmağa çalışır.
Bununla bağlı danışan hökumət içindəki bilgili qaynaq iddia edir ki, davamlı şəkildə «yuxarılar» tərəfindən böhrandan çıxış yolları müzakirə və analiz olunur.
Mənbə açıqlamasında bildirib ki, hətta bu müzakirələr zamanı ortaya ilginc təkliflər də çıxıb. Qaynağın iddia etdikləri:
«Davamlı şəkildə böhrandan və böhranın gələcəkdə proqnozlaşdırılan fəsadlarından qurtuluş yolları müzakirə olunur. Hansı dövlət qurumlarının ləğvi, hansında ixtisarların aparılması ciddi şəkildə təftiş edilir.
Bu müzakirələrdə hakimiyyətin nüfuzlu məmurları ilə yanaşı, həm də ekspertlər iştirak edirlər. Müzakirələr müxtəlif heyətdə davam etdirilir».
Mənbə iddia edir ki, bu zaman ortaya maraqlı bir təklif də atılıb. Həmin təklifi diqqətə çatdırır: «Ekspertlər tərəfindən rayon icra hakimiyyətlərinin ləğvi və icra hakimiyyətlərinin səlahiyyətlərinin bələdiyyələrə verilməsi təklif olunub. Bunun üçün yeni mexanizmanın hazırlanması da müzakirə olunub. Təklifi verən ekspertlər bildiriblər ki, yeni model hazırlanır, bələdiyyə sədrləri təyinatla müəyyən olunur, bələdiyyə üzvləri isə seçki yolu ilə seçilir və seçilmiş bələdiyyə üzvləri bir növ köhnənin şəhər sovetlərinin rolunu oynayan funksiyaya malik olur».
Əslində bu təklifin icra hakimiyyətlərinin bələdiyyələri «udması» anlamını daşıdığını deyən mənbə açıqlamasında onu da əlavə edib ki, bu təklif hələlik hansısa dəstəyi qazanmayıb.

Dia.az