Ziyarət zamanı VŞQ rəhbərliyi Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsini ehtiramla anıb, şəhidlərin məzarları üzərinə gül dəstələri düzərək onların ruhu qarşısında dərin hörmətlərini ifadə ediblər.
Veysəloğlu Şirkətlər Qrupu Azərbaycan xalqının qəhrəman övladlarının xatirəsini daim uca tutur, onların göstərdiyi şücaəti gələcək nəsillərə nümunə olaraq təbliğ etməyi milli-mənəvi borc hesab edir.






