Qaynarxett.az xəbər verir ki, qəbul zamanı sakinlərin müxtəlif məzmunlu müraciətləri dinlənilib. Müraciətlərin bir qismi yerində araşdırılaraq həllini tapıb. Digər məsələlər isə qeydiyyata alınaraq aidiyyəti qurumlar qarşısında qaldırılması və nəzarətdə saxlanılacağı barədə vətəndaşlara ətraflı məlumat verilib.
Görüşdə Ümid qəsəbə nümayəndəsi Hüseyn Babayev və nümayəndənin müavini Nurlanə Əliyeva da iştirak ediblər.
Deputat tərəfindən vətəndaşların qaldırdığı məsələlərin mərhələli şəkildə həlli istiqamətində müvafiq addımların atılacağı bildirilib.







