backend

Abbas Abbasov haqqında şok iddia... - FOTO

Abbas Abbasov haqqında şok iddia... - FOTO




















"O, "AzərRos"u əlimizdən almaq üçün arxasındakı körpüləri yandıraraq bütün üsullara əl atır”

qaynarxett.az Moskvadakı mənbələrə istinadən xəbər verir ki, fevralın 17-dən 18-nə keçən gecə Azərbaycan diasporunun nüfuzlu nümayəndəsi, FMMM “AzərRos”un Prezidenti vəzifəsini müvəqqəti icra edən Tahir Hacıyevə məxsus anbarlar və orada olan mallar yandırılıb.

Xatırladaq ki, 2014-cü ilin noyabr ayının 14-də FMMM “AzərRos” Federal Şurasının qərarına əsasən Tahir Hacıyev muxtariyyətin növbədənkənar qurultayının keçirilməsinə məsul təşkilat komitəsinin sədri seçilmişdi.

2015-ci ilin 17 yanvar tarixində FMMM “AzərRos” təşkilatının qurultayında qurultay iştirakçıları Asif Məhərrəmovun istefasını qəbul edərək Tahir Hacıyevi muxtariyyətin Prezidenti vəzifəsini müvəqqəti icra etmək üçün seçmişdilər. Abbas Abbasovun ətrafında olanlarla razılaşmaq və dialoq yaratmaq məqsədilə qurultayın işi martın 6-dək təxirə salınmışdı.

Xatırladaq ki, yanvarın 17-də FMMM “AzərRos”un qərarına görə Abbas Abbasovun başçılıq etdiyi "AzərRos"un Ağsaqqallar Şurası ləğv edilmişdi. Federal Şuranın fəalları və üzvlərinin əksəriyyəti Abbasovun siyasətinə və dağıdıcılıq hərəkətlərinə qarşı çıxış edirlər.

Son vaxta qədər qurultayın keçirilməsinin və təşkilat rəhbərliyinin dəyişilməsinin qabağını almaq məqsədilə Abbas Abbasov ölkənin hüquq-mühafizə orqanlarının güc və imkanlarından istifadə edirdi. Lakin Abbas Abbasov tərəfindən elan edilmiş fevralın 20-də keçirilməsi nəzərdə tutulan qondarma qurultay ərəfəsində onun və ətrafındakıların təşkilat üzvlərinə göstərdikləri təzyiq və təsir üsulları dəyişib. Tahir Hacıyevə məxsus anbarların yandırılması bunun açıq-aydın göstəricisidir.

Moderator.az-ın əməkdaşı Tahir Hacıyevlə əlaqə saxlayıb onun baş verən hadisələrə münasibətini öyrənməyə cəhd edib:

“Mən hec nədən qorxmuram, çünki haqlı olduğumu bilirəm. Biz həmişə Rusiya-Azərbaycan münasibətlərinin inkişafı və möhkəmlənməsinə xidmət etmişik, Rusiya və bu ölkədə yaşayan azərbaycanlıların xeyrinə çalışmışıq. Əminəm ki, biz doğru yoldayıq. Lakin Abbas Abbasovun seçimi - üzərimizdə böyüklük etmək istəyi- təəssüf yaradır. Biz buna yol verməyəcəyik!” - deyə T. Hacıyev saytın əməkdaşına cavabında bildirib.

O, həmçinin vurğuladı ki, Abbas Abbasov Azərbaycan icmasının xeyrini istəsəydi, o hamı ilə birgə müşavirədə keçirilən açıq və ədalətli seçkilərdə iştirak edərdi:

“O bilir ki, ona yaxın olan adamlara heç kəs səs verməyəcək, ona görə də “AzərRos”u itirməmək və bu təşkilatı əlimizdən almaq üçün arxasında bütün körpüləri yandıraraq bütün üsullara əl atır”.

Abbas Abbasov haqqında şok iddia... - FOTO

Abbas Abbasov haqqında şok iddia... - FOTO

Abbas Abbasov haqqında şok iddia... - FOTO

Abbas Abbasov haqqında şok iddia... - FOTO