Bu gün Azərbaycan dövlətçiliyinin və xalqımızın xilaskarı, müasr dövlətimizin memarı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.
Heydər Əliyevin zəngin və ləyaqətli ömür yolu Azərbaycan dövlətinin siyasi yaddaşının və dövlətçilik irsinin qızıl salnaməsidir.
O, milli dövlətçiliyimizin rəmzidir.
Heydər Əliyev Tanrının Azərbaycana bəxş etdiyi Xilaskardır.
Siyasi fəaliyyətinin ilk mərhələsində - Birinci hakimiyyəti illərində Azərbaycanın dövlətçilik ənənələrini, milli ruh və milli ideologiyanı sovet imperiyasından qoruyaraq müstəqil dövlət ideyasını formalaşdırdmışdır.
Müstəqilliyini bərpa edən Azərbaycanın məhv olmaq təhlükəsinin qarşısını alaraq Xilaskarlıq missiyasını yerinə yetirmişdir.
Məhz o dövrdə Ermənistanın təcavüzünün qarşısı alınmaqla, nümunəvi Milli Ordu quruculuğu başlandı, Qələbəyə hesablanmış uzaqgörən strateji xətt müəyyənləşdi.
Ölkəmizin haqq səsinin dünyaya çatdırdı, beynəlxalq tribunalarda əzmkar çıxışlarla və prinsipial xarici siyasət yürütməklə Ermənistanın faşist simasını dünyaya təqdim etdi.
Heydər Əliyevin birinci ali arzusu torpaqlarımızı azad etmək idi, Qarabağ Onun qəlbinin ayrılmaz parçası idi. Çünki Qarabağı 70-ci illərdə Özü yenidən quraraq inkişaf etdirmişdi. Şuşa şəhəri, Xankəndi və digər rayonların quruculuq salnaməsi Onun yorulmaz fədakr əməyinin nəticəsi idi.
Ulu Öndər doğma torpaqları erməni tapdağından xilas etmək üçün gecə-gündüz çalışır və buna dərin inamı vardı, deyirdi ki, “ Qarabağ Azərbaycan torpağıdır, əsrlər boyu azərbaycanlılar burada yaşamışlar, yenə yaşayacaqlar. Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur. Gün gələcək Azərbaycanın bayrağı Şuşada və digər işğal olunmuş ərazilərdə dalğalanacaq”.
Onun Varisi, Cənab İlham Əliyev Xilaskarlıq Missiyasını üzərinə götürərək Ata vəsiyyətini yerinə yetirdi, 44 günlük Vətən Müharibəsində erməni faşizminin başını əzdi, 2023-cü ildə erməni sepratizmini başını əbədi əzdi.
Bu gün Azərbaycanın Xilaskarı Heydərin Əliyevin ruhu şaddır. Onun ən böyük arzusu olan Qarabağın hər bir güşəsində Azərbaycan bayrağı dalğalanır.
Onun böyük adı və kölgəsı həmışə üstümüzdədır.
Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət
gundem / Sosial





