Qaynarxett.az xəbər verir kir, deputat rayon sakinlərinin evlərini ziyarət edərək onların gündəlik qayğıları, problemləri və təklifləri ilə yaxından tanış olub. Səmimi söhbətlər zamanı vətəndaşları narahat edən məsələlər dinlənilib, mövcud problemlərin həlli istiqamətində fikir mübadiləsi aparılıb.
Görüşlər çərçivəsində Razi Nurullayev rayon sakinlərinin yas məclislərində də iştirak edib, ailələrin kədərinə şərik olaraq onlara başsağlığı verib.
Deputat bildirib ki, vətəndaşlarla birbaşa təmasda olmaq, onların problemlərini yerində öyrənmək və qaldırılan məsələlərin həlli üçün müvafiq addımlar atmaq fəaliyyətinin əsas istiqamətlərindən biridir.
Qeyd olunub ki, seçicilərlə davamlı ünsiyyətin saxlanılması, onların müraciətlərinə həssas yanaşılması və sosial problemlərinin həllinə dəstək göstərilməsi bundan sonra da prioritet olaraq qalacaq.





